“Artıq istiqrazımızın müştərisi var”
“Finance Leasing” ASC-nin ABŞ dolları və Azərbaycan manatı ilə dövriyyəyə buraxmağa hazırlaşdığı 1 500-ə yaxın istiqrazın artıq müştərisi var.
Bu barədə açıqlamasında lizinq şirkətinin İdarə Heyətinin sədri Elşad Nəsibov məlumat verib.
Onun sözlərinə görə, qiymətli kağızları 10-dan artıq fiziki şəxs alacaq.
Xatırladaq ki, Maliyyə Bazarlarına Nəzarət Palatası fevralın 6-da “Finance Leasing”in 3 istiqraz emissiyasını dövlət qeydiyyatına alıb. Bu emissiyalar hər birinin nominal dəyəri 500 ABŞ dolları olan 1 227 ədəd və 86 ədəd, eləcə də hər birinin nominal dəyəri 500 manat olan 200 ədəd faizli təmin edilməmiş istiqrazın buraxılışını nəzərdə tutur. İlk emissiya üzrə illik gəlirlilik 9%, 2-ci və 3-cü emissiya üzrə isə 14%-dir. Tədavül müddəti 1 080 gün olan qiymətli kağızlar qapalı üsulla yerləşdiriləcək.
E.Nəsibov onu da qeyd edib ki, rəhbərlik etdiyi şirkət hüquqi şəxslər üçün də istiqraz buraxmağı planlaşdırır:
“Hazırda sığorta və investisiya şirkətləri ilə bu istiqamətdə danışıqlar gedir”.
Xatırladaq ki, "Finance Leasing" 2007-ci ilin may ayından fəaliyyət göstərir, "Finex Group"a daxildir. Onun nizamnamə kapitalı 1,2 mln. manatdır. Şirkətin səhmləri 14 fiziki şəxsə, o cümlədən 19%-i Tokay Murad oğlu Şıxəlizadəyə, 13,1%-i Murğuz Elşən oğlu Tağıyevə, 12%-i Ramiz İbrahim oğlu İbrahimova, 12,7%-i Azad Malik oğlu Cavadova, 10%-i Mobil Famil oğlu Şərifova, 3,2%-i Azad Nəriman oğlu Cəbrayılova, qalan 30%-i isə digər 8 səhmdara məxsusdur. Lizinq şirkəti "Finex Group"da təmsil olunan "Finex Credit" ASC bank olmayan kredit təşkilatının səhmlərinin 73,3%-nə nəzarət edir.
© Report
Müştərilərin xəbərləri
Bakıda Dubayın inşaat şirkətlərinin iştirakı ilə satış tədbiri keçiriləcək – 3 gün Ramazana özəl təkliflər
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 ay sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 20 saat sonra
-
-
2 saat əvvəl
Hökumətdə iclas keçirilib, sahibkarların qaldırdığı məsələlər müzakirə olunub, qərarlar qəbul olunub
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Təsisçiləri şirkətə illik 10 faizlə 142 milyon manat borc veriblər
-
3 saat əvvəl
Dağıstandakı “Ozon” logistika mərkəzi “Şimal-Cənub” dəhlizinin bir hissəsi olacaq
- 3 saat əvvəl
-
4 saat əvvəl
Avropa Mərkəzi Bankı üç il ardıcıl zərər açıqlayıb, sədri isə illik 702 min dollar maaş alıb
-
4 saat əvvəl
"Saloglu" mağazalarında bütün mebellər fabrik qiymətinə endirilib
- 4 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABB-dən 100 milyon manatlıq istiqraz
Avropa Mərkəzi Bankı üç il ardıcıl zərər açıqlayıb, sədri isə illik 702 min dollar maaş alıb
"Saloglu" mağazalarında bütün mebellər fabrik qiymətinə endirilib
Bakıda Dubayın inşaat şirkətlərinin iştirakı ilə satış tədbiri keçiriləcək – 3 gün Ramazana özəl təkliflər
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
"Uzbekneftegaz" və SOCAR Buxara neft emalı zavodunun modernləşdirilməsini müzakirə edib
Dünya İqtisadi Forumunun prezidenti istefa verib
Jeep istehsalçısı böyük məbləğdə zərər açıqladı
Yanvarda bank sektorunda çalışanların sayı 154 nəfər azalıb























