Azərbaycan neftini daşıyacaq boru layihəsinin ofisinə "Molotov kokteyli" hücumu
Trans-Adriatik Qaz Boru Kəməri (TAP) layihəsinin İtaliyanın Melendunyo şəhərində yerləşən ofisin ərazisinə basqın olub.
İtaliya mətbuatı xəbər verir ki, naməlum şəxslər fevralın 13-ü gecə vaxtı ofisin ərazisinə iki ədəd "Molotov kokteyli" atıb: onlardan biri partlayıb, digəri isə alışıb, lakin partlayış baş verməyib. Hadisə şahidlərinin sözlərinə görə, "Molotov kokteyli" əraziyə küçədən atılıb.
Bildirilir ki, partlayış nəticəsində texniki tikililərdən birinin divarı yararsız hala düşüb.
Hazırda polis faktla bağlı araşdırma aparır. Hüquq-mühafizə orqanları artıq videomüşahidə kameralarının görüntülərini incələyir.
"TAP İtalia" şirkətinin meneceri Mişel Elia bildirib ki, baş verənləri kəskin pisləyib və günahkarların qanun çərçivəsində cəzalandırılmasını tələb edib. O əlavə edib ki, şirkətin kollektivi artıq iş başındadır.
Şəhərin meri Marko Poti də vandalizm aktını kəskin qınayıb: "Artıq hüquq-mühafizə orqanları faktla bağlı araşdırma aparır və mən ümid edirəm ki, bu hadisənin arxasında duranlar cəzasını çəkəcəklər".
Qeyd edək ki, bu TAP-ın ofisinə ilk basqın deyil. İlk basqın 2015-ci ilin mart ayında baş verib. Həmin vaxt şirkət bir müddət bəzi işləri dayandırmaq məcburiyyətində qalıb.
Maraqlıdır ki, İtaliya mətbuatı bu vandalizm aktının işıqlandırılması zamanı müxalifətin TAP layihəsinin əleyhinə olmasını xüsusilə qabardır. Belə ki, ölkə müxalifəti qeyd edir ki, Azərbaycan qazını Avropaya çatdıracaq TAP layihəsinin İtaliya üçün heç bir əhəmiyyəti yoxdur.
TAP layihəsi Avropa Birliyinin enerji təhlükəsizliyi və enerji mənbələrinin diversifikasiyasına görə strateji məqsədlərində əsas rolu oynayır. Təbii qazın Azərbaycandan Avropa bazarlarına ixracının ən qısa və birbaşa marşrutunu TAP təşkil edir. TAP layihəsi üzrə Albaniya, İtaliya və Yunanıstan arasında "Hökumətlərarası Saziş" 2013-cü ilin fevral ayında imzalanıb. Borunun uzunluğu 878 km təşkil edir. Onun fəaliyyətə başlama tarixi kimi 2020-ci ilin yanvar ayı göstərilir.
TAP-ın ilkin illik daşıma qabiliyyəti 10 mlrd. kubmetrdir (illik 20 mlrd. kubmetrədək artırıla bilər).
Layihə üzrə hazırkı pay bölgüsü: "Cənub Qaz Dəhlizi" QSC - 20%, BP - 20%, "Snam S.p.A." - 20%, "Fluxys" - 19%, "Enagás" - 16%, "Axpo" - 5%
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 ay sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 1 gün sonra
-
- 3 d. əvvəl
- 11 d. əvvəl
- 46 d. əvvəl
-
1 saat əvvəl
Nvidia-nın gəliri 65 faiz artıb - 216 milyard dollar gəlir, 43 milyard dollar xalis mənfəət
- 14 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
-
14 saat əvvəl
"Saloglu" mağazalarında bütün mebellər fabrik qiymətinə endirilib
- 14 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Rəsmi məzənnələr açıqlandı
Xocalı soyqırımından 34 il ötür
"Aston Martin" əməkdaşlarının 20%-ni ixtisar edəcək
Yaponiyada Microsoft ofislərində axtarış aparılıb
Belə Şad Günlər hələ olmayıb! - YALNIZ 3 GÜN
"Saloglu" mağazalarında bütün mebellər fabrik qiymətinə endirilib
4500 ton dizel yanacağı Ermənistana göndərilir
"Azərbaycan benzini Ermənistanda çox sürətlə satılır"
BOKT "International”ın istiqrazları üzrə hərracın nəticələri tələblərə cavab verməyib
"Xaricdə verilmiş uyğunluq sənədləri Azərbaycanda tanınacaq"





















