"Hər bir karxana istismarçısına ekoloji sənədlər veriləcək"
"Müvafiq icra orqanlarından sərəncam alan hər bir karxana istismarçısına ekoloji sənədlər veriləcək".
Bunu açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirinin müavini Novruz Quliyev deyib.
O bildirib ki, daş karxanalarının istismari üçün qanunvericilikdə nəzərdə tutulmuş qaydalara uyğun sənədləşmə işləri davam edir: "Abşeron yarımadasında fəaliyyət göstərən daş karxanalarında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) əməkdaşları tərəfindən iyul-avqust aylarında monitorinq keçirilib və əksər daş karxanalarının fəaliyyətində nöqsanlar aşkar olunaraq qanunamüvafiq aktlar tərtib olunub: "Nazirlik tərəfindən görülən tədbirlər karxana sahibləri və istismarçılarda bəzi suallar doğurduğu üçün sentyabrın 3-də nazirliyin binasında onlarla görüş keçirilib. Əksər karxana istismarçılarının torpaq ayırmaya dair sərəncamlarının olmadığı, nazirlik tərəfindən verilən ekoloji və geoloji sənədlərin vaxtının bitdiyi, bəzi karxana istismarçılarının isə ümumiyyətlə heç bir sənədinin olmadığı bir daha onların diqqətinə çatdırılıb. Yol verdikləri nöqsanları başa düşdükləri, qoyulan qanuni tələbləri anlayışla qarşıladıqları nəzərə alınaraq nazirlik karxana istismarçılarına mövcud olan nöqsanların aradan qaldırılması, sənədlərinin tam qaydaya salınması üçün əlavə 45 gün vaxt verib".
Nazirlik tərəfindən karxana istismarçılarının nəzərinə çatdırılır ki, müvafiq icra orqanlarından sərəncam alan hər bir fiziki və hüquqi şəxsə ETSN ekoloji sənədlər veriləcək: "Torpaq ayırmaya dair sərəncamı olan istismarçılar “Bərəkət 98”, “Gülbaxt TMK” və sairələri ekoloji və geoloji sənədlərin alınması üçün Ekspertiza idarəsinə müraciət edib. Yaxın günlərdə sənədlər onlara təqdim olunacaq və hər bir istismarçıya işlərinin aparılması zamanı ətraf mühitə mənfi təsirin azaldılması məqsədilə müasir texnologiyalardan istifadə edilməsi barədə tövsiyələr veriləcək. Karxanaların müasir metodlar ilə istismarına keçməsi üçün müəyyən vaxt veriləcək".
SEMİNARA QATIL, ÖZÜNƏ YATIRIM ET
© Report
Müştərilərin xəbərləri
Xalq Bank 2026-cı ilin 1-ci rübünü xalis mənfəətlə bağlayıb - BANKIN SON MALİYYƏ VƏZİYYƏTİ MƏLUM OLDU
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Bank" səhmlərinə sahib olun!
“Bank Respublika”nın xalis mənfəəti 18 faizə yaxın artıb
Azərbaycan neftinin son qiyməti - 7 dollardan çox ucuzlaşıb
Rəsmi məzənnələr açıqlandı
"Turanbank"ın xalis mənfəəti 2 dəfədən çox artıb
PAŞA Bank-ın xalis mənfəəti 10%-ə yaxın artıb
Ən çox oxunanlar
Tramp İranla müharibənin “bitməyə çox yaxın” olduğunu dedi
“İki gün ərzində Pakistanda ABŞ–İran görüşü baş tuta bilər”
Xalq Bank 2026-cı ilin 1-ci rübünü xalis mənfəətlə bağlayıb - BANKIN SON MALİYYƏ VƏZİYYƏTİ MƏLUM OLDU
Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Qarabağ filialı açılıb
TƏBİB-ə yeni İcraçı direktor təyin edildi
Fövqəladə hallar nazirinə iki yeni müavin təyin olunub
"Ziraat Bank Azərbaycan"ın xalis mənfəəti 1,6 dəfə artıb





.jpg)









.jpg)




