Azərbaycanda xərcləri azaldacaq ting istehsalı texnologiyası işlənilir

Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun direktoru İlham Qurbanovun müsahibəsi
-İlham müəllim, Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun əsas fəaliyyət istiqamətləri nədən ibarətdir?
-İnstitutun əsası 1926-cı ildə qoyulub, 2015-ci ildən Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutu adlanır. İnstitutumuzun elmi fəaliyyətinin əsas məqsədi tumlu, çəyirdəkli, qərzəkli, subtropik bitkilər və çayçılıq sahələrinin inkişafını daha mükəmməl elmi əsaslarla işləyib təmin etmək, bu bitkilərin yüksək məhsuldar, tez bara düşən, ətraf mühitin mənfi amilləri kompleksinə davamlı, çayın yüksək zoğvermə xüsusiyyətinə malik yeni məhsuldar sortlarını yaratmaq, onların genefondunu zənginləşdirməkdən ibarətdir. İnstitut alimləri tərəfindən meyvə bitkiləri və çayın ümumilikdə 220-dən çox yeni sortları yaradılaraq Dövlət Sort Sınağına təqdim olunub, onlardan 78-i artıq rayonlaşdırılıb. Burada əsasən alma sortları üstünlük təşkil edir.
-Azərbaycanda yeni çay sortlarının yaradılması üçün hansı işlər görülür?
-Çay bitkisinin “Azərbaycan-2”, “Azərbaycan-4” sortları cənub bölgəsində becərilir. Bir alma, və yaxud çay sortunu ənənəvi üsulla yaratmaq 20-25 ilə başa gəlir. Çox hallarda sortun müəllifi öz məhsulunun barını görə bilmir. Yeni sortlar yaradılıbsa, bu bizim alimlərimizin fədakarlığıdır.
-Yəqin razılaşarsınız ki, müasir üsullarla ting istehsalına son illər maraq artıb...
-2014-cü ildən elmi şuranın qərarı ilə institutda tinglik şöbəsi yaranıb. Hal-hazırda 20-dək peşəkar əməkdaşımız tingçilik sahəsində fəaliyyət göstərir. Azərbaycanda ilk dəfə olaraq müasir ting istehsalı texnologiyası işlənir və bu texnologiya tingçilik təsərrüfatlarında istifadə olunur. Məsələn, əvvəllər tinglər adi qaydada torpağa əkilirdisə, yeni texnologiyaya əsasən, calaqaltılar xüsusi hazırlanmış torpaq tirələri üzərində əkilir və becərmədə damla suvarma tətbiq olunur. Bu üsulla calaqaltıların yetişdirilməsi ölkəmizdə superintensiv bağçılıqda istifadə olunan tinglərə tələbatı ödəməyə imkan verəcək. Müasir üsullarla tingçiliyin inkişafı bağçılıqla məşğul olan yerli fermer və sahibkarların xərclərini azaltmaqla, onlara əlavə vəsait qazandıracaq.
-Azərbaycanda ənənəvi meyvə sortlarının qorunub saxlanması istiqamətində hansı işlər görülür?
-Hal-hazırda institutda biotexnologiya laboratoriyası qurulub başa çatmaq üzrədir. Məqsədimiz ata-baba sortlarımızın bərpası və qoruyub saxlayıb çoxaldılması, həmçinin az əkin materialından, çətin kökləndirilən bitkiləri yetişdirməkdir. Bundan əlavə institutda torpaq, bitki və su analizi laboratoriyası yaradılıb. Zaqatala rayonunun dayaq məntəqəsində 2 hektar sahədə qərzəkli meyvə bitkilərinin tingliyi yaradılıb. Azərbaycanda ilk dəfə fındıq bitkisinin müasir tingləri yetişdirilir. İtaliyadan 2 sort gətirmişik, hazırda onların ölkəmizin coğrafi-iqlim şəraitinə necə adaptasiya olunması öyrənilir. Son 3 ildə institutun dayaq məntəqələrinin 52.7 hektar sahəsində intensiv bağlar salınıb. Burada gilas, gavalı, alma, nar, xurma, fındıq və armud yetişdirilir. Göyçay nar bağinda əsasən “Balamürsəl”, “Gülövşə” və “Qırmızı qabıq” sortları becərilir. Göyçay dayaq məntəqəsində daha 20 hektar sahədə 2019-cu il üçün yeni nar bağının salınmasını planlaşdırırıq. Abşeron təcrübə stansiyasında isə quru subtropik bitkilərin tingliyi yaradılıb. 3 hektar sahədə badam, püstə, zeytun, innab, nar, hətta tut becərilir. İnstitutumuz müqavilə əsasında İspaniyadan olan mütəxəssislərlə birgə badam, şaftalı və ərik tingləri yetişdirir. Digər bağlanmış müqaviləyə əsasən, İspaniyanın 17 nektarin sortu, İngiltərənin 5 çiyələk, 4 moruq-böyürtkən sortları institut tərəfindən sınaqdan çıxarılır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
50 d. əvvəl
Azercell istifadəçilərinə 3 aylıq pulsuz “Wolt+” abunəliyi təqdim edir!
-
1 saat əvvəl
Bank of Baku-dan SƏHİYYƏ, TİBB işçiləri üçün 50.000 AZN-dək KOMİSSİYASIZ kredit
-
-
1 saat əvvəl
İllik gəlirliliyi 18% olan istiqrazların ticarətə buraxılması üçün qərar verilib
- 1 saat əvvəl
-
1 saat əvvəl
Bankda növbədənkənar yığıncaq keçiriləcək - Rəhbərliyində dəyişikliklər edilir
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycan şirkəti Almaniya şirkətilə saziş imzaladı - Elektrikli avtobuslar yığılacaq
- 1 saat əvvəl
-
2 saat əvvəl
Bu gün Bakıda dəyəri 5,5 milyard dollarından çox olan sazişlər imzalanıb
-
2 saat əvvəl
Coca-Colanın dəstəyi ilə keçirilən növbəti “Xəzəri Qoruyaq!” aksiyası küləyə meydan oxudu
-
2 saat əvvəl
Trampın 100 min dollarlıq H-1B rüsumu yüksək ixtisaslı kadrlar uğrunda yarışı "alovlandırır"
Son Xəbərlər

Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub

Oktyabrın 1-dən bazarlara vergi nəzarəti gücləndirilir - uçotada olmayanlara işləməyə icazə verilməyəcək

Azərbaycanda "Yaşıl Enerji Sənaye Parkı" yaradılacaq
Ən çox oxunanlar

Coca-Colanın dəstəyi ilə keçirilən növbəti “Xəzəri Qoruyaq!” aksiyası küləyə meydan oxudu

Trampın 100 min dollarlıq H-1B rüsumu yüksək ixtisaslı kadrlar uğrunda yarışı "alovlandırır"

"Ödənişli zonaların taksi qiymətlərinə təsiri hazırda açıq sualdır"

Porsche-nin səhmləri 8% ucuzlaşdı
