“Headstart İnternational” “TÜV Austria”nın Azərbaycanda rəsmi tərəfdaşı oldu – MÜQAVİLƏ İMZALANDI
25 sentyabr 2018-ci il tarixində Azərbaycanın “Headstart İnternational” MMC şirkəti və “TÜV Austria” arasında ISO Sertifikasiyası üzrə əməkdaşlıq müqaviləsi bağlanmışdır.
Bu müqaviləyə əsasən “Headstart İnternational” “TÜV Austria”nın Azərbaycan Respublikasında rəsmi tərəfdaşıdır və yaxın günlərdən etibarən “Headstart International” MMC-də ISO Sertifikasiyası üzrə konsultasiyaların aparılması və bu sahə üzrə təlimlərin keçirilməsinə başlanacaqdır.
“Headstart İnternational” MMC haqqında
“Headstart International” MMC 2010-cu ildə Azərbaycanda fəaliyyətə başlayan peşəkar təlim-tədris mərkəzidir. “Headstart International” MMC-nin reallaşdırdığı təlimlər, həyata keçirdiyi korporativ tədbirlər, yerli və beynəlxalq tenderlərdə iştirak edərək qalib gəldiyi layihələr ilə öz inkişaf xəttini daim genişləndirir.
Müştərilərə Maliyyə və Mühasibatlıq, Vergi uçotu, Menecment və xarici dillər üzrə təlimlər təqdim edən “Headstart International” Azərbaycanda bu günə kimi 16000-dən çox tələbəyə təlim keçmişdir. Hər keçən gün inkişaf etməyə yönəlik istedadlı və peşəkar komandası ilə Azərbaycanda layihələr həyata keçirən “Headstart İnternational” biznes mühitində öz möhkəm və davamlı inkişafını daha da artırır və rəqabətli bazara iddialı təlimlər təklif edərək yüksək bazar payını əldə edir.
Şirkətin məqsədi gələcəkdə də, müasir, elmi və tələbata uyğun əhəmiyyətli təlimlər reallaşdırmaq, tələbələr, iş adamları, korporativ müştərilər üçün layiqli xidmət göstərməyi davam etdirməkdir.
“TÜV Austria” haqqında
“TÜV Austria” dünyada 20-dən artıq ölkədə fəaliyyət göstərən beynəlxalq şirkətdir. “TÜV Austria” xidmət sektoruna aid şirkətlər, startap və ya biznesin yaradılması prosesində iştirak edir və təhlükəsizlik, əmək təhlükəsizliyi və keyfiyyət üzrə bütün məsələlər ilə əlaqədar şirkətlərlə tərəfdaşlıq edir. “TÜV Austria” şirkətinin texniki təcrübəsi şirkətləri davamlı, çevik və ən başlıcası, tətbiq oluna bilən həll yolları üçün mühüm əlavə dəyər ilə təmin edir. Avstriyada və bütün dünyada 1500-dən artıq ekspert “TÜV Austria”nın 20-dən çox ölkədə olan müştərilərinə xidmət göstərir. “TÜV Austria” qrupunun beynəlxalq fokusu, milli və beynəlxalq akkreditasiyalar toplusu “TÜV Austria” şirkətini səlahiyyətli, etibarlı və təhlükəsiz tərəfdaş edir.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 7 d. əvvəl
-
-
1 saat əvvəl
Türkiyədən Azərbaycana turist axını artıb - 1 AYDA 36 MİN NƏFƏRDƏN ÇOX TURİST GƏLİB
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Heç bir bankda qeyri-faiz gəlirləri qeyri-faiz xərclərini qarşılamayıb - CƏDVƏL
- 2 saat əvvəl
-
2 saat əvvəl
Elektron pul təşkilatı nizamnamə kapitalını 2 dəfədən çox artırdı
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Tesla-dan böyük qiymət endirimi
Azərbaycan neftinin son qiyməti
Ən çox oxunanlar
Elektron pul təşkilatı nizamnamə kapitalını 2 dəfədən çox artırdı
Neftin qiyməti son 6 ayın ən yüksək səviyyəsinə yaxındır
Rəsmi məzənnələr açıqlandı
“Unibank”da növbədənkənar yığıncaq keçiriləcək
Gəncə Avtomobil Zavodu uşaq evinin yeniyetmələrinin işlə təminat layihəsinə başlayıb
Azərbaycanın şirkətlər qrupu 92 yaşlı "qocanı" işə qəbul etdi























