İlin sonunadək daha 4 müəssisə fəaliyyətə başlayacaq
“SOCAR Polimer” polipropilenin ixracına başladı
Ölkədə innovativ və yüksək texnologiyalar əsasında rəqabət qabiliyyətli sənaye istehsalının inkişafı üçün münbit şəraitin yaradılması, bu sahədə sahibkarlığın dəstəklənməsi, qeyri-neft sektorunun davamlı inkişafının təmin edilməsi və əhalinin istehsal sahəsində məşğulluğunun artırılması məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 21 dekabr tarixli Fərmanı ilə Sumqayıt Kimya Sənaye Parkı və İqtisadiyyat Nazirliyinin tabeliyində parkın idarəedici təşkilatı olan “Sumqayıt Kimya Sənaye Parkı” MMC yaradılıb.
Sənaye Parkının ümumi ərazisi 508 hektar təşkil edir ki, bunun da 450 hektarı sənaye zonasıdır.
Sumqayıt Kimya Sənaye Parkının investisiya cəlbediciliyinin artırılması məqsədilə parkın rezidentləri 7 il müddətinə mənfəət, əmlak və torpaq vergilərindən, eyni zamanda parka istehsal məqsədilə gətirilən texnika, texnoloji avadanlıqlar və qurğulara görə ƏDV-dən və gömrük rüsumundan azad olunur. Sumqayıt Kimya Sənaye Parkında rezidentlərin qeydiyyatı “bir pəncərə” sistemi ilə həyata keçirilir ki, bu da sahibkarlara daha operativ və rahat fəaliyyətin təşkilini təmin edir.
Sənaye Parkında müəssisələrin fəaliyyəti üçün dövlət tərəfindən bütün infrastruktur yaradılıb.
Hazırda Sumqayıt Kimya Sənaye Parkının 17 rezidentı var. Mövcud layihələr üzrə Sumqayıt Kimya Sənaye Parkına 2,8 milyard ABŞ dolları həcmində investisiya cəlb edilib ki, bunun da 2,2 milyard ABŞ dolları artıq sənaye parkında reallaşdırılan layihələrə yatırılıb. Sumqayıt Kimya Sənaye Parkı istər ərazisinə, istərsə də investisiya həcminə görə regionun ən iri sənaye parkıdır.
Hazırda sənaye parkında 8 müəssisə fəaliyyət göstərir. Bu ilin sonunadək daha 4 müəssisə fəaliyyətə başlayacaq. 4 müəssisənin isə 2019-cu ildə istismara verilməsi nəzərdə tutulur. Parkın rezidentləri tərəfindən istehsal olunan məhsullar daxili bazarın tələbatını ödəməklə yanaşı, “Made in Azerbaijan” brendi ilə xarici ölkələrə ixrac edilir.
Hazırda Sumqayıt Kimya Sənaye Parkında mövcud layihələr üzrə fəaliyyət göstərən müəssisələrdə və tikinti sahələrində 7000-dək insan çalışır.
Sumqayıt Kimya Sənaye Parkının ilk rezidentlərindən olan “SOCAR Polymer” MMC ölkəmizin kimya sənayesinin inkişafı məqsədi ilə 16 iyul 2013-cü il tarixində təsis edilib. Layihənin dəyəri 816 milyon ABŞ dollarıdır. Sumqayıt Kimya Sənaye Parkında inşa edilən SOCAR Polymer layihəsi çərçivəsində tikilən zavodlar ildə 184 min ton polipropilen və 120 min ton yüksəksıxlıqlı polietilen istehsal edəcək. Ən yüksək standartlar və müasir texnologiyalara əsaslanan SOCAR Polymer müəssisəsinin təməli 2015-ci ilin oktyabr ayında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən qoyulub.
SOCAR Polymer layihəsinin birinci mərhələsi olan Polipropilen zavodu 18 iyul 2018-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və İtaliya Respublikasının Prezidenti cənab Sercio Mattarellanın iştirakı ilə keçirilmiş açılış mərasimində işə salınaraq istismara verilib.
Qeyd edək ki, SOCAR Polymer layihəsi çərçivəsində istehsal olunan məhsullar daxili tələbatı tam ödəməklə yanaşı, xarici ölkələrə də ixrac olunacaq.
Artıq Türkiyə şirkətləri ilə bağlanmış müqavilələr əsasında polipropilenin ixracına başlanılıb. İlin sonunadək 15 min ton polipropilenin xarici ölkələrə ixracı nəzərdə tutulur.
SOCAR Polymer layihəsinin ikinci mərhələsi üzrə isə işlər başa çatmaq üzrədir.
Ümumilikdə, SOCAR Polymer çərçivəsində tikilən zavodlarda 19 növ polipropilen və 12 növ yüksəksıxlıqlı polietilen məhsulu istehsal ediləcək. Bir çox kiçik və orta müəssisələr bu məhsullardan xammal kimi istifadə etməklə “SOCAR Polymer” zavodlarının ətrafında sənaye klasteri yaradacaq. Polimer xammalı yüngül və ağır sənayenin müxtəlif sahələrində, o cümlədən məişət, tekstil, tibb və inşaat mallarının istehsalında istifadə oluna bilər. “SOCAR Polymer” məhsullarının potensial alıcıları arasında bir sıra yerli və xarici şirkətlər vardır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
- 4 saat əvvəl
-
- 4 saat əvvəl
-
5 saat əvvəl
2026-cı ildə balıq və digər su bioresurslarının ovu üçün kvota təqsdiqlənib - QİYMƏTLƏR
- 5 saat əvvəl
-
5 saat əvvəl
Porsche-nin satışlarında 16 ilin ən böyük azalması baş verib
-
6 saat əvvəl
ADUA müqavilə sahəsində seysmik tədqiqatla bağlı görüləcək işlərin vaxtı və həcmi dəqiqləşdirilib
- 6 saat əvvəl
-
6 saat əvvəl
Expressbank: Kreditləşmə və depozitlərdə güclü artım qeydə alınıb
- 6 saat əvvəl
-
6 saat əvvəl
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
ABB Tam Visa kartını təqdim etdi
Bank aviabilet alır - TENDER
Sıfır xərclə ticarət mümkündür?
İndi aviabiletlər də ABB Business-də alınır
Ən çox oxunanlar
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
"Azərbaycan Nəşriyyatının binası təmirə bağlanır, nəşriyyatlar və redaksiyalar köçürüləcək
“İvanovka Süd Məhsulları” rəqiblərindən şikayət edib - Şirkətin müraciətilə 2 şirkətə və 1 sahibkara göstəriş verilib
Yeni strategiya nəticə verib: AFB Bank 2025-ci ildə 43,3% böyüyüb
Yanvarın 17-də gözlənilən hava şəraiti - Bakıda intensiv yağıntı və sulu qar gözlənilir
“Yapı Kredi Bank Azərbaycan” 2025-ci ili 10 milyon manat xalis mənfəətlə başa vurub
Azərbaycandan Gürcüstana səfərlər 33%-dən çox artıb



















