Azərbaycandan bir sıra istiqamətlərə çarter və mütəmadi reyslər açılacaq
Azərbaycandan bir sıra istiqamətlərdə çarter reyslərlə yanaşı, mütəmadi reyslər də açılacaq. Bunu Dövlət Turizm Agentliyinin nümayəndəsi Kənan Quluzadə deyib.
Sözügedən məsələ ilə bağlı Asiya istiqamətində danışıqlar yekunlaşmaq üzrədir:
"Hindistan istiqamətində reyslərin açılması gözlənilir. Qərbi və Mərkəzi Avropa ölkələrinə - İsveçrə, Almaniya, Avstriya istiqamətində reyslərin açılması müzakirə edilir və gözlənilir. Əsas məqsəd Azərbaycanı daha da yaxın etmək və turistlərin həmin ölkələrdən Azərbaycana birbaşa uçuşlarla turistlərin gəlməsini təmin etməkdir. Azərbaycan turizmi üçün yeni bazarlar açılır, yəni həmin istiqamətlərdən insanlar bura cəlb edilir".
Bu gün 10-dan çox bazarda marketinq işlərinin aparıldığını vurğulayan K.Quluzadə bildirib ki, bu istiqamətlərdə 2018-ci ilin sonuna qədər Azərbaycanın rəsmi turizm nümayəndəlikləri açılacaq. "İlk belə nümayəndəliyin Rusiyada olacağı gözlənilir. Bununla da həmin ölkələrdə Azərbaycanın təbliğat işləri aparılacaq. Çarter reysləri olan istiqamətlər artırılacaq. Bu, Azərbaycandan həmin ölkələrə turistlərin birbaşa getməsi üçündür. Lakin bu, həm də ora gedən turistlər vasitəsilə ölkəmizə marağı artırmaq, nümayəndəliklərimizi açıb Azərbaycanı təbliğ etmək və ölkəmizə gətirmək üçün də önəmlidir. Yəni hər iki tərəf bundan qazanc əldə edəcək", - Agentliyin nümayəndəsi əlavə edib.
SEMİNARA QATIL, ÖZÜNƏ YATIRIM ET
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
19 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 19 saat əvvəl
- 19 saat əvvəl
- 21 saat əvvəl
- 21 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
2 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir











.jpg)






