AZAL və “HungaroControl” əməkdaşlıq edəcəklər
Oktyabrın 9-da “HungaroControl”-un icraçı direktoru Kornel Szepeşinin (Kornél Szepessy) başçılıq etdiyi nümayəndə heyəti Bakıya işgüzar səfərə gəlmişdir.
“Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən “Marja”ya daxil olmuş məlumata görə, Azərbaycanda aeronaviqasiya sisteminin fəal inkişafı və innovasiya texnologiyalarının tətbiqini müşahidə edən Avropanın aeronaviqasiya xidməti strukturları AZAL-ın nəzdindəki “Azəraeronaviqasiya” Hava Hərəkəti İdarəsi (AZANS) ilə əməkdaşlığa maraq göstərirlər.
Qonaqlar yeni Hava Məkanından İstifadə, Strategiya və İnkişaf üzrə Səmərəlilik Mərkəzi (ASEC) və “Azəraeronaviqasiya” Hava Hərəkəti İdarəsini (AZANS) ziyarət etmişdirlər.
Səfər zamanı aşağıda sadalanan sahələrdə gələcək əməkdaşlıq məqsədilə bir sıra məsələlər müzakirə olunmuşdur:
- HHİ qüllələri üçün konseptual həllərin işlənib hazırlanması;
- hava məkanının modelləşdirilməsi;
- aeronaviqasiya xidməti personalının təlimi;
- pilotsuz sistemlərin hərəkətinin idarə edilməsi sahəsində tədqiqatlar;
- aeronaviqasiya sahəsində elmi-tədqiqat işləri.
Müzakirələrin yekunlarına əsasən AZANS HHİ-nin Direktoru Fərxan Quliyev və “HungaroControl”-un icraçı direktoru Kornel Szepeşi əməkdaşlıq haqqında Memorandum imzalamışdırlar.
Qeyd edək ki, Macarıstanın aeronaviqasiya xidmətləri təchizatçısı “Hungarocontrol” Macarıstanın hava məkanında və NATO-nun tapşırığı ilə Kosovo yuxarı hava məkanında aeronaviqasiya xidmətini təmin edir, həmçinin hava hərəkətinin idarə edilməsi üzrə heyət təlimləri keçirir və aeronaviqasiya sahəsindəki yenilikləri tədqiq edir.
“Azərbaycan Hava Yolları” QSC-nin struktur bölməsi olan “Azəraeronaviqasiya” (AZANS) Avropa və Asiyanı birləşdirən əsas hava hərəkəti idarəsidir. Hər il Azərbaycan Respublikasının ərazisi üzərindən 90 mindən çox tranzit uçuşlar yerinə yetirilir. Azərbaycanın əlverişli coğrafi mövqeyi həmçinin ölkə ərazisində postsovet məkanında yeganə olan Hava Məkanından İstifadə, Strategiya və İnkişaf üzrə Səmərəlilik Mərkəzinin (ASEC) açılmasına imkan vermişdir.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
-
1 saat əvvəl
Türkiyədən Azərbaycana turist axını artıb - 1 AYDA 36 MİN NƏFƏRDƏN ÇOX TURİST GƏLİB
-
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Heç bir bankda qeyri-faiz gəlirləri qeyri-faiz xərclərini qarşılamayıb - CƏDVƏL
- 2 saat əvvəl
-
2 saat əvvəl
Elektron pul təşkilatı nizamnamə kapitalını 2 dəfədən çox artırdı
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Türkiyədən Azərbaycana turist axını artıb - 1 AYDA 36 MİN NƏFƏRDƏN ÇOX TURİST GƏLİB
Dünyanın ən çox gəlir əldə edən şirkəti dəyişib
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
Azərbaycan neftinin son qiyməti
Elektron pul təşkilatı nizamnamə kapitalını 2 dəfədən çox artırdı
Ən çox oxunanlar
Neftin qiyməti son 6 ayın ən yüksək səviyyəsinə yaxındır
Rəsmi məzənnələr açıqlandı
“Unibank”da növbədənkənar yığıncaq keçiriləcək
Gəncə Avtomobil Zavodu uşaq evinin yeniyetmələrinin işlə təminat layihəsinə başlayıb
Azərbaycanın şirkətlər qrupu 92 yaşlı "qocanı" işə qəbul etdi
Bank kuryer xidməti üzrə tenderi elan edir





















