"Öhdəliklərimizi “Günay Sığorta”ya ötürəcəyik"
Maliyyə Bazarlarına Nəzarət Palatası ləğvetmə prosesində olan “Azərqarant Sığorta” ASC-nin öhdəliklərinin “Günay Sığorta”ya ötürülməsinə razılıq verib.
Bu barədə “Azərqarant Sığorta”nın İdarə Heyətinin sədri Rəşad Məmmədov məlumat verib.
“Bununla bağlı bu həftə bizə Palatanın baş icraçı direktoru İbrahim Alışovun adından məktub daxil olub. Yəqin ki, yaxın günlərdə öhdəliklərimizin yekun məbləğini müəyyən edib ona uyğun sığorta haqqı müqabilində “Günay Sığorta”ya ötürəcəyik”, - deyə R. Məmmədov qeyd edib.
Xatırladaq ki, "Azərqarant Sığorta" 1993-cü ildə yaradılmış "Şərqə Qapı Sığorta" MMC-nin hüquqi varisidir. Onun nizamnamə kapitalı 5,61 mln. manatdır. Bu məbləğ hər birinin nominal dəyəri 561 manat olan 10 000 səhm əsasında formalaşıb. Şirkətin səhmləri 100% Oqtay Abbas oğlu Əliyevə (Direktorlar Şurasının sədri) məxsusdur.
"Azərqarant Sığorta" ötən il noyabrın 1-dən fəaliyyətini dayandırıb. Buna səbəb Şirkətin kapital çatışmazlığı problemi ilə üzləşməsidir. Bundan sonra onun öhdəliklərinin yerinə yetirilməsi üçün komissiya yaradılıb.
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
-
1 həftə sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 5 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Şarjsız elektrik hissi - Nissan Qashqai E-POWER (HYBRID)
Unibankda kreditlər bu şənbə də 0 % komissiyalıdır!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər
Dövlət Agentliyinə məxsus şirkət ləğv olunur














.jpg)






