“PMD Projects” yerli şirkətləri əməkdaşlığa dəvət edir
“PMD Projects” MMC layihələrin planlaşdırılması, idarə olunması və inkişaf etdirilməsi sahəsində fəaliyyət göstərən yeni bir şirkətdir. Təcrübəli və səriştəli heyəti ilə Azərbaycanın müxtəlif bölgələrində yaşayış binalarının, mehmanxanaların, iaşə obyektlərinin, eləcə də, kənd təsərrüfatı təyinatlı obyektlərin tikintisi layihələrini həyata keçirir.
Ölkəmizin sürətlə inkişaf edən şirkətlərindən biri olan “PMD Projects” MMC hər bir mövcud resursa, xüsusən də insan resurslarına böyük həssaslıqla yanaşır. Bununla yanaşı, şirkət fəaliyyət göstərdiyi andan etibarən təhlükəsizliyin əhəmiyyətini başa düşərək, insan əməyini, mülkiyyəti və ətraf mühiti qorumağı əsas məqsədlər kimi dəyərləndirir. Şirkətin digər əsas məqsədi icra etdiyi bütün layihələrdə yüksək keyfiyyətli iş təqdim etməkdir.
Bu baxımdan, hal-hazırda icra olunan və gələcəkdə icrası nəzərdə tutulan layihələrdə mülki tikinti (dəmir-beton), mexanik və elektrik sistemlərinin təchizi və quraşdırılması, daxili bəzək işlərinin yerinə yetirilməsi və s. üzrə “PMD Projects” MMC yerli bazarın ixtisaslı şirkətlərini gələcək əməkdaşlığa dəvət edir.
Bununla bağlı şirkətlər, “PMD Projects” MMC-nin satınalmalar departamentinin e-mail ünvanına ([email protected]) özləri haqqında qısa məlumat göndərməklə, həmçinin, 012 505 04 00 telefon nömrəsi ilə əlaqə saxlamaqla təchizatçılar siyahısına qatılıb, növbəti layihələrdə iştirak niyyətlərini bildirə bilərlər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 1 saat əvvəl
-
3 saat əvvəl
İldə cəmi 99 AZN ödəməklə evinizi sığortalayın, dəyən zərəri PAŞA Sığorta qarşılasın
-
-
3 saat əvvəl
Kapital Bank-ın sədri 5-ci “Yüksəliş” müsabiqəsinin iki qalibi ilə Mentorluq Proqramına start verdi
- 3 saat əvvəl
-
3 saat əvvəl
Trampın İran ultimatumu və razılaşma danışıqları investorları çaşqınlıqda saxlayır
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
"ƏDV geri al” çərçivəsində 51,7 milyon manatdan çox vəsait alıcılara qaytarılıb
-
6 saat əvvəl
“Yapı Kredi Bank Azərbaycan” və EMTA arasında əməkdaşlıq müqaviləsi imzalanıb
- 6 saat əvvəl
- 6 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
Ağ Ev: ABŞ İrana qarşı nüvə silahından istifadə etməyəcək
Aktiv ƏDV ödəyicilərinin sayı daha da artıb
Ən çox oxunanlar
"TCF BOKT"ın xalis mənfəəti kəskin artıb
Mərkəzi Bankın departament rəhbəri işdən çıxıb
Aprelin 8-də gözlənilən hava şəraiti
Dövlət büdcəsinin gəlirləri proqnozu üstələyib, 1,7 milyard manatlıq artıqlıq yaranıb

























