EUR və GBP: AB sammiti diqqət mərkəzində - GÜNƏ BAXIŞ
Bu həftə baş tutacaq Avropa Birliyi sammitində müzakirə ediləcək mövzular və Breksit fonunda danışıqlar investorların diqqət mərkəzindədir.
Beynəlxalq valyuta birjalarında avro və funtun qiymətləri cümə axşamı baş tutacaq Avropa Birliyi (AB) sammiti öncəsi 1.16$-ın altında ticarət edilməkdədir.
Sammit miqrasiya və daxili təhlükəsizlik mövzusu ətrafında olacaqdır. Sabah isə AB-nin 27 dövlət və hökümət nümayəndələrinin Breksit müzakirəsi gözlənilir.
Təhlillərə əsasən, EUR/USD məzənnəsi 1.16$-ın altında qaldıqca, 1.14$-a kimi də ucuzlaşa bilər. Funt/dollar məzənnəsinin isə 1.31$-ın aşağı istiqamətdə qırılması ilə 1.30$-a kimi ucuzlaşa biləcəyi proqnozlaşdırılır.
Qeyd etmək lazımdır ki, bazar günü İngiltərə ilə Avropa Birliyi arasında Breksit danışıqlarının uğursuz nəticələnməsi funtun 0.6%-lik ucuzlaşması ilə yadda qalmışdır və İngiltərənin birlikdən ayrılması prosesinin razılaşmasız davam etdiriləcəyi ehtimallarının güclənməsi, sözügedən proqnozları daha da gücləndirir.
Bununla yanaşı, İtaliyanın 2019-ci il üzrə təsdiq etdiyi büdcə planının da AB komissiyasına təqdim edilməsi investorların diqqət mərkəzindədir. İtaliya höküməti büdcə defisitini 2.4%-ə (ÜDM ilə müqayisədə) yüksəltməklə, borclanma səviyyəsini və kasıblara maliyyə yardımını artırmaq, keçmiş pensiya yaşına qayıtmaq və sahibkarların vergi yükünün azaltmaq istəyir. Bu isə AB tərəfindən Brüssel razılaşmasından yayınma kimi qiymətləndirilir. İtaliya Avrozonanın üçüncü ən böyük iqtisadiyyatıdır və burada böhran ümumilkdə birliyə mənfi təsir edə bilər.
Bütün bunlar maliyyə bazarlarında yeni borc böhranı riskinə işarə olduğu üçün investorlar tərəfindən narahatlıqla qarşılanır.
Lirə artıq 19% bahalaşıb.
Türkiyə maliyyə bazarlarında isə lirənin qiyməti dəyər qazanmaqda davam edir. Artıq iki ay ərzində 19% bahalaşan lirə, keçən həftənin minimum səviyyəsi altında qaldıqca, 5.69 və 5.57TL-yə kimi də bahalaşa bilər.
Məlumat Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
41 d. əvvəl
Əmək və əhalinin sosial müdafiəsi nazirinə yeni müavini təyin edilib
- 2 saat əvvəl
-
-
5 saat əvvəl
İldə cəmi 99 AZN ödəməklə evinizi sığortalayın, dəyən zərəri PAŞA Sığorta qarşılasın
-
5 saat əvvəl
Kapital Bank-ın sədri 5-ci “Yüksəliş” müsabiqəsinin iki qalibi ilə Mentorluq Proqramına start verdi
- 5 saat əvvəl
-
5 saat əvvəl
Trampın İran ultimatumu və razılaşma danışıqları investorları çaşqınlıqda saxlayır
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
"ƏDV geri al” çərçivəsində 51,7 milyon manatdan çox vəsait alıcılara qaytarılıb
-
7 saat əvvəl
“Yapı Kredi Bank Azərbaycan” və EMTA arasında əməkdaşlıq müqaviləsi imzalanıb
- 7 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
Əmək və əhalinin sosial müdafiəsi nazirinə yeni müavini təyin edilib
Ağ Ev: ABŞ İrana qarşı nüvə silahından istifadə etməyəcək
Dolların sabah üçün rəsmi məənnəsi müəyyən olunub
Çin valyuta ehtiyatlarında 2,5% azalma
Aktiv ƏDV ödəyicilərinin sayı daha da artıb
Ən çox oxunanlar
"TCF BOKT"ın xalis mənfəəti kəskin artıb
Mərkəzi Bankın departament rəhbəri işdən çıxıb

























