"Ərzaqların qiymətlərində narahatlıq doğuracaq artım müşahidə olunmur"
Azərbaycanda ərzaq mallarının qiymətlərində narahatlıq doğuracaq artım müşahidə olunmur.
Bu sözləri fevralın 16-da Baş nazirin müavini, Yeni Azərbaycan Partiyası sədrinin müavini-icra katibi Əli Əhmədov mətbuat nümayəndələrinin iştirakı ilə ərzaq məhsullarının satışı ilə məşğul olan bir neçə mağazada aparılan reyd zamanı deyib.
Baş nazirin müavini ərzaq mallarının keyfiyyəti, yerli və ya xarici məhsullara üstünlük verilməsi, ərzaqların qiymətləri ilə maraqlanıb.
Ə.Əhmədov bildirib ki, Azərbaycan Prezidentinin həyata keçirdiyi sosial siyasətin ən mühüm məqamlarından biri insanların zəruri tələbatlarının və ehtiyaclarının ödənilməsi üçün bütün lazımi addımların atılması ilə əlaqədardır. Təbii ki, bu istiqamətdə görülən işlər arasında əhalinin keyfiyyətli və münasib qiymətə ərzaq məhsulları ilə təmin edilməsi ən əsas yerlərdən birini tutur.
Ə.Əhmədov qeyd edib ki, hökumətin apardığı siyasətdə də ərzaq məhsullarının qiymətinin süni surətdə artırılmasının qarşısının alınması əsas vəzifələrdən biridir. Bu istiqamətdə bu gün ticarət mağazasında qarşılaşdığımız vəziyyət, bizə verilən məlumatlar belə bir fikir söyləməyə əsas verir ki, mətbuatda geniş müzakirələr aparılmasına rəğmən, ticarət-satış mərkəzlərində qiymətlərin xüsusi hiss olunan və narahatlıq yarada biləcək dərəcədə artımı müşahidə olunmur. Bugünkü reyd zamanı bizə verilən məlumatlardan da bu qənaətə gəlmək mümkündür.
Baş nazirin müavininin sözlərinə görə, reyd zamanı həm də, Azərbaycanda istehlak malları, xüsusilə də ərzaq məhsulları arasında daxili istehsalın üstünlük təşkil etdiyinə şahid olunub. Bu o deməkdir ki, Azərbaycanın ərzaq istehlakı bazarında idxaldan asılılıq əhəmiyyətli dərəcədə azalıb. Əhalinin ərzaq məhsullarına olan ehtiyacının böyük hissəsi daxili istehsal hesabına ödənilir. Bu isə o deməkdir ki, qiymətlərin artırılması üçün obyektiv əsaslar yoxdur. İstehsal daxildə həyata keçirilən zaman manatın dollara nisbətdə məzənnəsi ilə bağlı məlum olan dəyişikliklər qiymətlərə elə də ciddi təsir etməyəcək.
“Həmçinin bu gün biz mətbuatda ərzaq məhsullarının qiymətinin artması ilə bağlı gedən söz-söhbətlərə aydınlıq gətirdik. Reydin aparılması istehlakçılar və sahibkarlar üçün bir siqnal olacaq. Biz sahibkarların daha çox qazanc əldə etməsinə qarşı deyilik. Amma daha çox qazanc əldə etməyin başqa yolları var. Daha çox və aşağı qiymətə məhsul sataraq da yaxşı qazanc əldə etmək mümkündür. Bizim sahibkarlar bu biznes fəlsəfəsini nə qədər çox mənimsəsələr, bir o qədər məhsulların qiymətlərinin süni surətdə artırılması problemi öz həllini tapacaq”, - deyə Ə.Əhmədov vurğulayıb.
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin apardığı təhlillər əsasında un və yumurtanın qiymətində azalma müşahidə olunub. Reyd zamanı da mətbuat nümayəndələri şahid oldular ki, həqiqətən bu məhsulların qiymətində azalma müşahidə olunub. Belə ki, yumurtanın qiyməti 25 faizədək ucuzlaşıb. Hazırda yumurtanın satış qiyməti 12-15 qəpik arasında dəyişir.
© Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 3 gün sonra
-
-
44 d. əvvəl
Avro dollar qarşısında 4,5 ilin ən yuksək səviyyəsinə qalxdı - DOLLAR UCUZLAŞIR, AVRO BAHALAŞIR
-
49 d. əvvəl
Tramp ABŞ dollarının dəyər itirməsindən narahat olmadığını bildirib
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Rekord bahalaşmaya baxmayaraq Çində “qızıla hücum” davam edə bilər
-
10 saat əvvəl
Ən çox qazandıran Dubay və Əbu-Dabi layihələri - Ekspertlər Bakıya gəlir
- 11 saat əvvəl
- 13 saat əvvəl
-
14 saat əvvəl
Almaniya bankı: Bu il qızılın qiyməti 6 000 dollara yüksələ bilər
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Qızılın qiyməti 5250 dollara yaxınlaşdı -YENİ REKORD
Rekord bahalaşmaya baxmayaraq Çində “qızıla hücum” davam edə bilər
Ən çox oxunanlar
İranda dolların qiymətində yeni rekord
Nazir müavini işdən çıxarıldı
Almaniya bankı: Bu il qızılın qiyməti 6 000 dollara yüksələ bilər
Azərbaycan və Türkiyə arasında yeni razılaşma
İnstagram, Facebook və WhatsApp-a abunəlik seçimi gəlir
İntensiv qar yağacağı gözlənilir - XƏBƏRDARLIQ
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Agentlik rəhbəri: Daha 30 min nəfərin kiçik bizneslərini qurmasına dəstək göstəriləcək





















