Qadınlar iş adamı edilir - maliyyə və konsaltinq yardımı
AXA MBASK Sığorta Şirkəti Azərbaycanda qadın sahibkarlığına dəstək verilməsi və onun inkişaf etdirilməsi məqsədilə, "Xanım agentlər" adlanan və yalnız qadınlar üçün nəzərdə tutulan yeni layihəyə başlamışdır.
Şirkətdən “Marja”ya daxil olmuş məlumata görə, hazırda orta və kiçik müəssisələr, xüsusilə xanım-sahibkarlar, bizneslərinin inkişafı üçün zəruri olan maliyyə resurslarının və konsaltinq yardımının əldə edilməsi ilə bağlı çətinliklərlə qarşılaşırlar.
Şirkət, AXA Qrup kimi böyük maliyyə institutunun təcrübəsinə əsaslanaraq bu məsələnin müəyyən hissəsinin həllinə köməklik etməkdən məmnunluq duyur.
Belə ki, bu layihə çərçivəsində AXA MBASK sığorta fəaliyyəti ilə məşğul olmaq istəyən qadınlara şirkətin brendi altında sığorta agentliyi açaraq öz bizneslərinə eksklusiv şərtlər ilə başlamaq imkanı təklif edir.
Öz növbəsində AXA MBASK sığorta agentlərinin fəaliyyətini tənzimləyən qanunvericilik tələbləri ilə bağlı bütün məsələlər üzrə məsləhət və yardım təqdim edəcəkdir.
Eləcə də bu sahədə maraqlı olan şəxslərə, o cümlədən hazırda artıq sığorta agentinin müvafiq lisenziyasına sahib olanlara hər bir köməkliyi göstərəcəkdir
Hazırda, layihə çərçivəsində xanım-agentlər üçün fiziki və hüquqi şəxslərlə, eləcə də bütün sığorta növləri üzrə maliyyə-kredit müəssisələri ilə işə istiqamətlənmiş 3 ofis (Bakıda iki ofis, Lənkəranda 1 ofis) açılmışdır.
Həmçinin, Şirkət yalnız yenicə sahibkarlıq fəaliyyətinə başlayan xanımların ehtiyacları üçün onların sığorta biznesi ilə məşğul ola biləcəyi yeni, tam təchiz edilmiş ofis açmışdır.
Bütün bunlardan başqa, Şirkət xanım-agentlərə onları növbəti addımın atılması üçün zəruri olan biliklərlə silahlandırmaq və onlarda özünəgüvən yaratmaq məqsədilə sahibkarlıq məsələləri üzrə uzunmüddətli biznes-kouçinqlər və seminarlar təklif edir.
AXA MBASK əmindir ki, bu layihə həm Bakıda, həm də bölgələrdə daha çox azərbaycanlı qadınının öz işini açmaq və inkişaf etdirmək həvəsinə səbəb olacaqdır.
Bu layihə çərçivəsində AXA MBASK şirkəti ilə əməkdaşlıq etmək arzusunda olan xanımlar (012) 950 telefon nömrəsi ilə əlaqə saxlaya bilər.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 gün sonra
-
2 saat əvvəl
SOCAR Cənubi Qafqazda ilk enerji doldurma stansiyasını Tbilisidə istifadəyə verdi
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
AZCON-nun Müşahidə Şurasına yeni üzvlər təyin edilib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib























