Azərbaycan dövlət büdcəsinin xərcləri 7,3% artırılır - PLANLAR
Azərbaycanın 2019-cu il dövlət büdcəsinin gəlirləri 22 milyard 917,5 milyon manat, xərcləri 24 milyard 780,1 milyon manat proqnozlaşdırılır.
Bu barədə 2019-cu il dövlət bücdə zərfinə istinadən xəbər verir.
2019-cu il dövlət büdcəsi gəlirləri üzrə proqnozun 7 milyard 316 milyon manatı və ya 31,9%-i Vergilər Nazirliyinin xətti ilə daxilolmaların, 11 milyard 364,3 milyon manatı və ya 49,6%-i ARDNF-dan transfertlərin, 3 milyard 451,6 milyon manatı və ya 15,1%-i Dövlət Gömrük Komitəsinin xətti ilə daxilolmaların, 785,6 milyon manatı və ya 3,4%-i isə digər gəlkirlərin payına düşür.
Beynəlxalq maliyyə qurumları tərəfindən növbəti il üçün xam neftin 1 barrelinin 60-70 dollar ətrafında proqnozlaşdırılması və digər qlobal amilləri nəzəərə almaqla 2019-cu il dövlət büdcəsinin neft gəlirlərinin hesablanamasında orta ixrac qiyməti 60 ABŞ dolları nəzərdə tutulub.
Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertlər çıxılmaqla dövlət büdcəsinin gəlirləri 11 milyard 553,2 milyon manat təşkil edir ki, bu da 2018-ci ilin proqnozu ilə müqayisədə 3,3%, 2017-ci ilin icrası ilə müqayisədə 10,9% çoxdur.
2019-cu il dövlət büdcəsinin gəlirlərinin 59,8%-i və ya 13 milyard 700,3 milyon manatı neft sektorunun 40,2%-i və ya 9 milyard 217,2 milyon manatı qeyri-neft sektorunun payına düşür. 2018-ci ilin proqnozu ilə müqayisədə neft sektorunun gəlirləri 2,7% çox, qeyri-neft sektorunun gəlirləri isə 4,7% çoxdur.
Qeyd edək ki, 2018-ci il dürüstləşmiş dövlət büdcəsinin gəlirləri 22 milyard 149 milyon manata, xərclər 23 milyon 100 milyon . manat təşkil edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
- 12 saat sonra
-
- 8 saat sonra
-
8 saat əvvəl
219 təmirli mənzil kirayə yolu ilə vətəndaşlara satılır - aylıq ödəniş 347 manatdan başlayır
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
9 saat əvvəl
"Zəngəzur dəhlizinin açılması bütün Mərkəzi Asiya ölkələrinə fayda gətirəcək"
-
9 saat əvvəl
“Kristal”dan şəhər həyatında fərq yaradan “Geniş və funksional həyət” konsepti!
-
9 saat əvvəl
Ekstra Qarantiya Çin avtomobillərinə də zəmanət təqdim edir!
- 9 saat əvvəl
- 9 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Biznesiniz üçün QISA NÖMRƏ alın
Bank Zəfər Gününə özəl, daha aşağı faizlə kredit verir
BOKT illik 18 faizlə 1 milyon manat cəlb edir
Ekstra Qarantiya Çin avtomobillərinə də zəmanət təqdim edir!
Ən çox oxunanlar
"Özbəkistan Azərbaycana 21,8 milyon dollar, Azərbaycan Özbəkistana isə 183,5 milyon dollar sərmayə qoyub"
"Prime Cotton" sənaye avadanlıqlarının satışını elan edir
Dövlət Gömrük Komitəsi büdcə tapşırığına tam əməl edə bilmir
Azərbaycan dövlət büdcəsindən xərcləməyi azaldıb



















.jpg)

