Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

“PAŞA Bank”ın qiymətli kağızlara investisiyası kəskin artıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
“PAŞA Bank”ın qiymətli kağızlara investisiyası kəskin artıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

“PAŞA Bank”ın müştərilərə verdiyi kreditlər artıb.

 

Reklam_3_11

“Marja” Bankın maliyyə hesabatlarına istinadən xəbər verir ki, cari ilin 9 ayında “PAŞA Bank”ın müştərilərə verdiyi kreditlər 276 milyon 300 min manat və ya 29,3% artaraq 30 Sentyabr 2018-ci il tarixində 1 milyard 144 milyon 269 min manata çatıb. Ötən ilin sonunda “PAŞA Bank”ın müştərilərə verdiyi kreditlər 943 milyon 99 min manat təşkil etmişdi.

 

“PAŞA Bank”ın investisiya qiymətli kağızlara yatırdığı vəsait kəskin artıb. Ötən ilin sonunda 395 milyon 944 min manat olmuş investisiya 30 Sentyabr 2018-ci il tarixində 1 milyard 131 milyon manata çatıb (2,9 dəfə artım). Təkcə 2018-ci ilin 3-cü rübündə qiymətli kağızlara 314 milyon 481 min manat yatırılıb.

 

“PAŞA BAnk”ın kredit təşkilatlarından alacağı məbləğ isə 1 milyard 446 milyon manatdan 1 milyard 3 milyon manata düşüb.

 

“PAŞA Bank”ın kredit üçün ayırdığı və investisiya etdiyi vəsaitlərin əsas mənbəsi müştərilərin bankdakı vəsaitləridir. Ötən ilin sonunda 2 milyard 822 milyon manat olmuş müştərilərin vəsaitləri cari ilin Sentyabr ayının sonunda  3 milyard 624 milyon manata yüksəlib.

 

HƏMÇİNİN OXU: “PAŞA Bank”ın xalis mənfəəti kəskin artıb

 

31.10.2018 08:32
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.

♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci_29
Desktop_Manset_sag_5
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18