Banklar Assosiasiyası Mərkəzi Bankla foruma hazırlaşır
Azərbaycan Respublikasının Mərkəzi Bankında Banklar Assosiasiyası (ABA) ilə birlikdə cari ilin 15-16 noyabr tarixlərində keçiriləcək "Nağdsız iqtisadiyyat: ənənəvi bankçılıqdan rəqəmsal bankçılığa keçid" adlı III Beynəlxalq Bankçılıq Forumuna hazırlıq çərçivəsində görüş keçirilmişdir.
Mərkəzi Bankdan "Marja"ya daxil olmuş məlumata görə, görüş zamanı foruma hazırlıqla əlaqədar təşkilati məsələlərə, panel müzakirələrinin mövzularına baxış keçirilmiş, forumun uğurlu və müvəffəqiyyətlə keçirilməsi üçün hazırlanmış fəaliyyət planı ətraflı müzakirə edilmişdir.
Qeyd edək ki, forumun panel müzakirələrində Azərbaycan Respublikası Prezidentinin 26 sentyabr 2018-ci il tarixli Fərmanı ilə təsdiqlənən “2018–2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı” da nəzərdə tutulmuş bir sıra tədbirlər üzrə mövzulara yer veriləcəkdir. Belə ki, forumda Mərkəzi Bank tərəfindən reallaşdırılan “Dövlət Proqramı – strateji hədəflər, qarşıya qoyulan vəzifələr”, “Blokçeyn əsaslı rəqəmsal identifikasiya sistemi”, “Ani ödənişlər sistemi” və digər bu kimi aktual mövzularda təqdimatlar keçiriləcəkdir.
YAPI KREDİDƏN 3 FAİZ ENDİRİMLƏ KREDİT!
Bu il sayca üçüncüsü baş tutacaq Beynəlxalq Bankçılıq Forumunda ABŞ, Yaponiya, Avropa, Çin və MDB ölkələrindən 100-ə yaxın beynəlxalq təşkilatların və nüfuzlu şirkətlərin nümayəndələri iştirak edəcəkdir. Eyni zamanda xarici və yerli spikerlər tərəfindən rəqəmsal bankçılığa və nağdsız iqtisadiyyata transformasiya məsələləri ilə bağlı otuza yaxın mövzu ətrafında təqdimatlar ediləcək, həmçinin geniş fikir və təcrübə mübadiləsi aparılacaqdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
12 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 13 saat əvvəl
- 13 saat əvvəl
- 15 saat əvvəl
- 15 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
2 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir












.jpg)





.jpg)


