Heç bir il bu qədər ucuz olmayıb
Soğan pula getmir.
Ağdamda minlərlə ton soğan məhv olmaq təhlükəsi ilə üz-üzədir. Kisələrlə soğan anbarlarda qalıb.
“Marja” xəbər verir ki, ötən il Ağdamda fermerlər sahələrdən bol məhsul əldə etsələr də, hələ də soğanı sata bilməyiblər. Mirəşirli, Əhmədağalı və Çəmənli kəndlərində demək olar ki, hər bir evdə tonlarla soğan var.
“Bu il soğan pula getmir. Bir kisədə 30 kq soğan olur. Deyirlər ki, seçilmiş soğanın kisəsini 2 manatdan, seçilməmiş soğanın kisəsini isə 1 manat və 1 manat 50 qəpikdən ala bilərik. Halbuki, bir kisə soğan bizə 2.5-3 manata başa gəlib. Düzdür soğan 2-3 ildən bir ucuz olur. Amma soğan heç bir il bu qədər ucuz olmayıb”,- fermerlərdən biri deyir.
“Bu il 70 hektar soğan əkmişdik. Sahədən 1000 kisə soğan götürmüşük, ondan cəmi 400 kisə satmışıq. Bunu əkməyi, toxumu, səpini, suvarılması və s. puldur. Amma soğan pula getmir”,- digər bir fermer deyir.
Rayonda maya dəyəri 4 milyon manat olan 25 min ton soğan məhv olmaq təhlükəsi ilə üz-üzədir.
Rayon kənd təsərrüfatı idarəsi bildirir ki,hazırda soğanın satılması üçün yollar axtarılır. Rayonda saxlama kameraların olmaması da vəziyyəti çətinləşdirir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 15 saat sonra
-
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
4 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 5 saat əvvəl
-
6 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 6 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“BQ” ASC-nin xalis mənfəəti 52% artıb
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz






















