"iPhone satışları düşəcək" proqnozu Apple-ı 190 milyard dollar "əritdi"
Məşhur ABŞ bankı JP Morgan-ın "iPhone satışları 2018-ci ildə, 2019-da da düşəcək" proqnozu Apple-ı vurdu. "Marja" xəbər verir ki, şirkətin bazar dəyəri 5 həftədə 190 milyard dollar "əriyib". Halbuki, Apple, 190 milyard dollarlıq dəyərə nail olmaq üçün birjada 30 il gözləmişdi. Apple-ın itirdiyi bu dəyər, Yunanıstanın ümumi milli gəlirinə bərabərdir.
Apple, ABŞ birjalarının tarixində ilk dəfə 1 trilyon dollarlıq şirkət olmağı bacarmışdı. 3 Oktyabrda 1.1 trilyon dolları aşan şirkətin bazar dəyəri dünən 920 milyard dollara qədər düşüb.
Apple-ın bazar dəyəri son 5 həftəlik əməliyyatlarda 190 milyard dollar azalıb. Buna, 2019-cu ilin ilk rübündən etibarən iPhone satışlarının zəifləyəcəyinə dair təhlillər səbəb olub.
1980-ci ildən birjada səhmləri ticarət olunmağa başlayan Apple-ın bazar dəyəri 2010-cu ildə 190 milyard dollar səviyyəsinə çatmışdı. Başqa sözlə, şirkətin 30 ildə çatdığı rəqəm, 5 həftəlik bir dövrdə "buxarlanıb". Apple-ın birjada itirdiyi bu dəyər, Yunanıstanın ümumi milli gəlirinə bərabər səviyyədədir.
YAPI KREDİDƏN 3 FAİZ ENDİRİMLƏ KREDİT
Qlobal investisiya bankı "JP Morgan"ın son təhlili, Apple-ın iPhone satışlarının həm 2018-ci ildə, həm də 2019-cu ildə düşəcəyini ortaya qoyub. Buna səbəb olaraq isə inkişaf etməkdə olan bazarlarda çətin makro iqtisadi şərtlər göstərilib.
3 Oktyabr 2018-ci il tarixində Apple-ın səhminin qiyməti 232 dollara qalxmışdı. 13 Noyabr 2018-ci il tarixində isə 16.3 faiz azalma ilə 191 dollar səviyyəsinə qədər düşüb.
YATIRIMDA QAZANMAĞI ÖYRƏNMƏK ÜÇÜN SEMİNARA QATIL
Apple,ən yeni ağıllı telefon modelləri iPhone Xs və iPhone Xs Max satışlarında hələ istənilən səviyyələrə çata bilməyib. Səbəb bu modellərin yüksək qiymətləridir.
Bir pis xəbər də şirkətin digər bir yeni modeli iPhone XR ilə bağlıdır. "TF İnternational Securities", yüksək qiymətləri və Huawei başda olmaqla Çinli rəqiblərə görə iPhone XR satışı proqnozunu 100 milyondan 70 milyona endirdiyini açıqlayıb.
Qlobal ağıllı telefon bazarında satışlar dörd rübdür fasiləsiz düşür.
Apple-ın son açıqladığı maliyyə nəticələrinin ardından Apple-ın İcraçı direktoru Tim Kuk da baş verən azalmaya diqqət çəkmiş, Türkiyə, Hindistan, Braziliya və Rusiya kimi inkişaf etməkdə olan bazarlarda satışların yaxşı getmədiyini açıqlamışdı.
Apple bu ayın əvvəlində "Artıq iPhone satışı barədə rəqəmləri açıqlamayacağıq" məlumatını yaymışdı. Bu açıqlama da iPhone-un satış proqnozlarının azaldılmasında təsir göstərmişdi.
Müştərilərin xəbərləri
"MegaSec" şirkətinin nümayəndə heyəti Özbəkistanın Rəqəmsal texnologiyalar naziri ilə strateji görüş keçirib
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 1 həftə sonra
-
14 d. əvvəl
"Azərsun Holdinq"in xarici ticarət şirkətinin ixracı 10 milyon dolları keçib
-
-
18 d. əvvəl
Azərbaycanın böyük fındıq emalı və ixracatçısı xaricə satışını 22% artırıb
-
21 d. əvvəl
“PRIME LM” 12,8 milyon dollarlıq ixracla reytinqə daxil olub
- 22 d. əvvəl
- 24 d. əvvəl
- 26 d. əvvəl
- 28 d. əvvəl
- 30 d. əvvəl
-
31 d. əvvəl
“Azərbaycan Şəkər İstehsalat Birliyi”nin ixracı 4 dəfə artıb
- 42 d. əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN
“TABATERRA”nın ixracı 60%-dən çox artıb
“Baku Steel Company”nin ixracı 72%-dən çox artıb
“AGRARCO” ixracını 4 dəfədən çox artırıb
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
“Azərbaycan Şəkər İstehsalat Birliyi”nin ixracı 4 dəfə artıb
“Prime Cotton” şirkətinin ixracı 64 milyon dolları keçib
Azərbaycanda qızıl və mis istehsalçısının ixracı 4 dəfədən çox artıb
Bakı–Tbilisi–Qars dəmir yolu modernləşdirilmədən sonra istifadəyə verildi, qatar yola düşdü
"MegaSec" şirkətinin nümayəndə heyəti Özbəkistanın Rəqəmsal texnologiyalar naziri ilə strateji görüş keçirib
Qeyri-neft ixracında özəl şirkətlər kəskin artım göstərib, dövlət ixracatçılarında azalma qeydə alınıb
























