Sement, kərpic, armatur istehsalı artıb
2018-ci ilin yanvar-oktyabr aylarında tikinti materiallarının istehsalı sahəsində fəaliyyət göstərən müəssisələr tərəfindən istehsal edilmiş məhsulun ümumi dəyəri əvvəlki ilin müvafiq dövrünə nisbətən 28,9 faiz artaraq 512,1 milyon manat təşkil etmişdir.
“Marja” Dövlət Statistika Komitəsinin aylıq hesabatına istinadən xəbər verir ki, hörmə üçün hazır beton qarışığının istehsalı 2,1 dəfə, sementin istehsalı 22,1 faiz, tikinti kərpicinin istehsalı 6,4 faiz artmış, tikinti əhənginin istehsalı 10,9 faiz, betondan yığma tikinti konstruksiyalarının istehsalı 33,8 faiz, tikinti gipsinin istehsalı 51,5 faiz azalmışdır.
YAPI KREDİDƏN 3 FAİZ ENDİRİMLƏ KREDİT!
Metallurgiya sənayesi və hazır metal məmulatlarının istehsalı sahələrində yanvar-oktyabr aylarında 609,9 milyon manatlıq məhsul istehsal olunmuş, metallurgiya sənayesində 13,3 faiz artım, hazır metal məmulatlarının istehsalı sahəsində 1,2 faiz azalma müşahidə olunmuşdur.
Yanvar-oktyabr ayları ərzində sahə üzrə 260,5 min ton (36,0 faiz çox) armatur, 657,4 ton (17,4 faiz çox) alüminium çubuqlar, millər və profillər, 1 109,0 ton (11,0 dəfə çox) mayelər üçün çənlər, sisternlər istehsal edilmişdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
7 saat əvvəl
Fitch-dən qlobal təklif artıqlığı fonunda Venezuela-İran neft analizi
-
-
7 saat əvvəl
“Bu qiymətlərə qızıl almaram” - Məşhur investordan qızıl ilə bağlı açıqlama
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Yanvarın 18-də gözlənilən hava proqnozu - Temperatur gecə 0 dərəcəyə düşəcək
-
8 saat əvvəl
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
- 9 saat əvvəl
- 10 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Fransız fermerlərin etiraz aksiyaları davam edir
Azər Türk Bankın maliyyə vəziyyəti məlum olub
Ən çox oxunanlar
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
"Azərbaycan və Türkiyə ilə münasibətlərinin normallaşması Ermənistanın iqtisadi perspektivlərini yaxşılaşdıracaq"
Əmək qanunvericiliyində yeniliklər nələrdir?
Azərbaycan neftinin son qiyməti
Dövlətə məxsus xidmət və yeyinti sənaye sahələri üzrə səhmdar cəmiyyətləri özəlləşdirilir - ADLARI
Dekabrda Azərbaycanda sabit genişzolaqlı internetin sürəti 3%-dən çox, mobil internetin sürəti isə 6%-dək artıb
Bakcell və Gənclər Fondu “İnnovasiya və Süni İntellekt” üzrə təqaüd proqramını elan edir
Mənzil axtaranların diqqətinə: Yasamalda büdcəyə uyğun, tam təmirli mənzillər satışda






















