Azərbaycanın turizmdə ilk onlayn bronlama platforması Londonda təqdim olundu
(®) Bir neçə gün əvvəl Londonda turizm səhəsində ən böyük və statuslu sərgi - World Travel Market (Dünya səyahət marketi) keçirilmişdir. Bu sərgidə həm ölkələr, həm də qlobal turizm şirkətləri təmsil olunurlar.
Azərbaycanın daxili turizm xidmətlərini, innovativ formatda-digital, onlayn, B2B inteqrasiya imkanlarını dünya bazarına çıxarmaq məqsədilə Lets GO şirkəti də bu önəmli sərginin iştirakçısı olmuşdur. Sərgi çərçivəsində çoxsaylı görüşlər keçirilmiş, həm Lets GO şirkətinin, həm də ölkəmizin ümumi stendinə potensial turizm şirkətlərinin nümayəndələri dəvət olunmuşdur. Lets GO-nun rəhbərliyi xarici tərəfdaşlara platformanın geniş imkanları barədə və hal hazırda fərqli sistemlərə inteqrasiya olunaraq onlayn məhsula çevrilə bilən e-visa, otel və uçuş bronlama, ölkədaxili ekskursiyalar, müxtəlif formatlı tur paketlər, nəqliyyat xidmətləri (transfer, saatlıq, günlük xidmətlər) məhsullarını təqdimatlar etmişlər.
Sərgidə həm də Azərbaycan Turizm Bürosu ölkənin yeni turizm brendi olan “Take another look” (“Yenidən fərqli baxışla bax”) marketinq kampaniyasının təqdimatını keçirib.
Bu kimi tədbir və yeniliklərin həyata keçirilməsi ölkənin turizm sənayesinin inkişaf etməsinə, dünya turizm bazarında daha yaxşı tanınaraq Azərbaycanımıza çox sayda turistlərin cəlb olunmasına töhvə verir.
Lets GO şirkəti bu kimi nüfuzlu beynəlxalq tədbirlərdə bundan sonra da iştirak edərək ölkəmizi təmsil etmək niyyətindədir. Şirkət eyni zamanda yerli turizm şirkətləri, otelllər ilə əməkdaşlıq etməkdə maraqlıdır. Bunun üçün qeyd olunan link https://lets-go.travel/az/web/partner/b2b vasitəsilə qeydiyyatdan keçmək kifayətdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
12 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 13 saat əvvəl
- 13 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
2 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir

















.jpg)


