Bakıda devalvasiyanın vurduğu mikromaliyyənin xilası yollarının müzakirəsi başladı
Bakıda “Pulman” mehmanxanasında 9-cu Azərbaycan Mikromaliyyə Konfransı keçirilir.
“Marja” xəbər verir ki, konfransın açılışında Azərbaycan Mikromaliyyə Assosiasiyasının İdarə Heyətinin sədri Süleyman Kələşov, Azərbaycan Respublikası Milli Məclisinin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) Prezidenti Məmməd Musayev, Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının İdarə Heyəti sədrinin müavini vəzifəsini icra edən Asim Asəf oğlu Zülfüqarov, Azərbaycan Banklar Assosiasiyasının Prezidenti Zakir Nuriyev, Avropa İttifaqı Nümayəndəliyinin Azərbayan üzrə rəhbəri Simone Haeberli, İsveçrə Əməkdaşlıq Ofisinin regional direktor müavini və İsveçrə hökumətinin Azərbaycan üzrə Missiya rəhbərinin müavini Kestutis Jankauskas və Azərbaycan Mikromaliyyə Assosiasiyasının İcraçı Direktoru Jalə Hacıyeva çıxış ediblər.
YAPI KREDİDƏN 3 FAİZ ENDİRİMLƏ KREDİT!
Konfransda “Mikromaliyyə: Böhrandan Öyrənilmiş Dərslər: Mikromaliyyə sektoru növbəti on illiyə hazırdımı? Dayanıqlı mikrosahibkarlığının inkişafının sürətləndirilməsi”, “Tənzimləyici orqanlar Mikromaliyyə Təşkilatlarının Fəaliyyətini necə stimullaşdıra bilər?”, “Bank və Qeyri Bank Sektorunda məlumat bazasının idarəedilməsində müasir yanaşma”, “Mikrokreditləşmənin rəqəmsallaşması: Çətinliklər və İmkanlar”, “Azərbaycan Respublikasında kənd təsərrüfatının maliyyələşməsi: İmkanlar və Perspektivlər” və “Mikromaliyyə Təşkilatlarının alternativ maliyyələşdirilməsi alətləri” mövzularında müzakirələr aparılacaqdır.
Konfransın Açılışı ilə bərabər, Avropa İttifaqının maliyyə dəstəyi ilə həyata keçirilən Azərbaycan regionlarında dayanıqlı mikro-sahibkarlığın inkişafının sürətləndirilməsi layihəsinin rəsmi açılışıda baş tutub.
Qeyd edək ki, Azərbaycandakı devalvasiyalar əksər mikromaliyyə təşkilatının çətin vəziyyətə salıb. Bank olmayan kredit təşkilatlarında problemli kreditlər artmış, böyük zərərlər yaranmışdır.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 6 gün sonra
- 4 saat əvvəl
-
- 4 saat əvvəl
-
4 saat əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 6 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
8 saat əvvəl
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
-
8 saat əvvəl
"2026-nın sonuna qədər Azərbaycanda uçot dərəcəsinin 6 %-ə enəcəyini gözləyirik"
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
AZCON-nun Müşahidə Şurasına yeni üzvlər təyin edilib
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Ən çox oxunanlar
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz
Küçələrdə, ictimai yerlərdə elektron siqaret çəkənlər cərimələnəcək
Elektron siqaretlərin idxalı, ixracı, istehsalı və satışına görə cərimələr müəyyənləşir - 5000 MANATADƏK CƏRİMƏ
Maşınqayırma zavoduna sədr təyin edildi






















