Yeniliklərlə daha da Güvənliyik!
(®) “Bank Silk Vey”Açıq Səhmdar Cəmiyyəti artıq “Premium Bank” Açıq Səhmdar Cəmiyyəti adı altında xidmətinizdədir.
Son illərdə bir çox yeniliklərə və iri həcmli layihələrə imza ataraq sürətlə inkişaf edən, Bank və maliyyə sektorunda özünəməxsus yeri ilə geniş müştəri kütləsinə sahib olan “Bank Silk Vey” ASC bu ənənəyə sadiq qalaraq növbəti yeniliyə addım atmış, adının dəyişdirilməsinə qərar vermişdir. Belə ki, “Bank Silk Vey”Açıq Səhmdar Cəmiyyəti artıq “Premium Bank” Açıq Səhmdar Cəmiyyəti adı altında fəaliyyətini davam etdirir.

Bankın Müşahidə Şurasının Sədri cənab Elçin Əhmədov öz müsahibəsində bu barədə açıqlama verərək bildirdi ki, hər zaman əsas prioriteti keyfiyyətli xidmət, müştəri məmnuniyyəti və yeniliklərə inteqrasiya etmək olan “Bank Silk Vey” ASC-nin bu addımı da onun daim inkişafda olmasının bariz nümunəsidir. Uzun müddət fəaliyyət istiqamətinin bilavasitə nəqliyyat sektoruna yönəlməsinə baxmayaraq bankımız, son illərdə təqdirəlayiq xidmət və yeni məhsulları ilə geniş müştəri kütləsinin ürəyini fəth etmiş, “Bizimlə Güvənlidir” şüarı altında özünəməxsus yerini qazanmışdır. Bütün bu hallar da sağlam və işgüzar komanda ilə çalışan Bank rəhbərliyinin özünə olan inamını artırmış, Bankın, dünya bankları, maliyyə sektorları sıralarında yeni ad altında addımlamasına və əməkdaşlığını davam etdirməsinə təkan vermişdir. Biz əminik ki, yeni adımız xidmət və rentabellik səviyyəmizin inkişafına, çoxşaxəli partnyorluq əlaqələrinin qurulmasına, işgüzar nüfuzumuzun artırılmasına, maliyyə potensialımızın güclənməsinə öz töhfəsini verəcək və bizim müştərilərimizə “Bizimlə daha da Güvənli” olacaqdır.
Hörmətli müştərilərimiz,
Nəzərinizə çatdırmaq istərdik ki, 23 noyabr 2018-ci il tarixindən etibarən “Bank Silk Vey” Açıq Səhmdar Cəmiyyəti, “Premium Bank” Açıq Səhmdar Cəmiyyəti adı altında fəaliyyətini davam etdirəcəkdir.
Bankın adının dəyişməsi onu müştərilər, əməkdaşlıq etdiyi tərəflər qarşısında yaranmış hüquq və öhdəliklərdən azad etmir, istifadədə olan kart məhsullarının xidmətini dayandırmır və bankın rekvizitləri (VÖEN, SWIFT kod, müxbir hesab, ünvan, əlaqə nömrələri və sair) dəyişməz olaraq saxlanılır.
Yeni ad altında yeniliklərə imza atmaq arzusu ilə yolunuzu gözləyirik dəyərli müştərilərimiz!
HÖRMƏTLƏ,
“Premium Bank” Açıq Səhmdar Cəmiyyətinin rəhbərliyi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
6 gün sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 15 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Bank borcunu ödəməyənlərlə bağlı - Yeni qayda
Avropada təbii qazım qiyməti kəskin düşdü
Baku Electronics-də sərfəli endirim havaları davam edir!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər















.jpg)






