Məşhur boya şirkəti satılır
"Filli Boya" markasının da sahibi olan Türkiyənin "Betek Boya" şirkəti satılır.
Boya sektorunda məşhur şirkətlərindən biri olan və "Filli Boya" markasının da daxil olduğu "Betek Boya" şirkətinin səhmdarları, şirkətin 100%-dək satışnın qiymətləndirilməsi üçün "Ünlü&Co" şirkətinə səlahiyyət verib.
"Marja" xəbər verir ki, mövzuya yaxın iki mənbənin "Reuters"a verdiyi məlumata görə, şirkətin səhmləri ilə maraqlanan xarici şirkətlər də var.
Bir mənbə, "Betek Boya" nın səhmdarları satış prosesi üçün səlahiyət edib. Şirkətin 100%-ə qədərinin satışı qiymətləndirilə bilər. Şirkət ilə maraqlanan Amerika, Avropa və Uzaq Şərqdən şirkətlər var",- deyib.
"Betek Boya"nın İdarə Heyətinin üzvü və Baş direktoru Tayfun Küçükoğlu "Reuters"a bildirib:
""Betek", gələcək 10 il planlarında Türkiyə və regionumuzda inkişaf potensialına və planlarına malikdir. Sözügedən böyümə prosesində bazar imkanlarının inkişaf etdirilməsinə imkan verəcək əməkdaşlıqları istifadə etməyə açığıq".
"Betek Boya"nın təxminən 25 faizi Almaniyanın DAW şirkətinə məxsusdur. Majoritar səhmdar Akpınar ailəsidir.
YATIRIMDA QAZANMAĞI ÖYRƏNMƏK ÜÇÜN SEMİNARA QATIL
DAW xəbərin yazıldığı zaman "Reuters"ın suallarına bir cavab verməyib.
Mənbələrin verdiyi məlumata görə, "Betek Boya"nın bu ilin sonunda 1.6 milyard lirə dövriyyəyə çatacağı gözlənilir.
İnternet saytında yer alan məlumatlara görə, 1988-ci ildə yaradılan "Betek Boya" şirkətinin Türkiyədə Kayseri və Gebze-də istehsal müəssisələri yerləşir. Şirkət Misirdə də boya istehsal edərək buradan çox sayda ölkəyə ixrac edir.
"Filli Boya" və "Betek Boya" markaları Azərbaycanda da məşhurdur.
Müştərilərin xəbərləri
"MegaSec" şirkətinin nümayəndə heyəti Özbəkistanın Rəqəmsal texnologiyalar naziri ilə strateji görüş keçirib
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 1 həftə sonra
-
49 d. əvvəl
"Azərsun Holdinq"in xarici ticarət şirkətinin ixracı 10 milyon dolları keçib
-
-
53 d. əvvəl
Azərbaycanın böyük fındıq emalı və ixracatçısı xaricə satışını 22% artırıb
-
56 d. əvvəl
“PRIME LM” 12,8 milyon dollarlıq ixracla reytinqə daxil olub
- 57 d. əvvəl
- 59 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Azərbaycan Şəkər İstehsalat Birliyi”nin ixracı 4 dəfə artıb
- 1 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN
“TABATERRA”nın ixracı 60%-dən çox artıb
“Baku Steel Company”nin ixracı 72%-dən çox artıb
“AGRARCO” ixracını 4 dəfədən çox artırıb
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
“Azərbaycan Şəkər İstehsalat Birliyi”nin ixracı 4 dəfə artıb
“Prime Cotton” şirkətinin ixracı 64 milyon dolları keçib
Azərbaycanda qızıl və mis istehsalçısının ixracı 4 dəfədən çox artıb
Bakı–Tbilisi–Qars dəmir yolu modernləşdirilmədən sonra istifadəyə verildi, qatar yola düşdü


























