“Mercedes-Benz” 141 ədəd avtomobilini geri çağırır
Almaniyanın məşhur avtomobil istehsalçısı “Mercedes-Benz” Çin bazarında satdığı 141 ədəd AMG S65L və AMG S63L 4MATIC+ modellərini çoxfunksiyalı kameralarının proqram təminatındakı qüsurlara görə geri çağırır.
Bu barədə Çinin Dövlət Bazar Tənzimlənməsi Administrasiyası məlumat yayıb. Geri çağırılan avtomobillər 2017-ci ilin iyunundan 2018-ci ilin fevralınadək müddətdə istehsal olunan nəqliyyat vasitələridir.
Administrasiyanın mütəxəssisləri hesab edirlər ki, həmin qüsurlar avtomobillər saatda 105 kilometrdən yuxarı sürətlə hərəkət edərkən toqquşmadan mühafizə sistemini zəiflədə, bununla da təhlükə risklərini artıra bilər.
“Mercedes-Benz” şirkəti qüsurları öz hesabına aradan qaldıracaq.
MƏZƏNNƏNİN DƏYİŞMƏSİNİ GƏLİRƏ ÇEVİRİN
© Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
2 saat əvvəl
NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstəyini davam etdirir
-
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycanda süd istehsalı həcminin 10 %, ət istehsalının 20 % artırılması nəzərdə tutulur
- 1 gün əvvəl
-
1 gün əvvəl
SOCAR Çn şirkətilə “Abşeron” layihəsi çərçivəsində mümkün əməkdaşlığı nəzərdən keçirib
-
1 gün əvvəl
Avenue 8 öz fərqli memarlıq fəlsəfəsi ilə WUF 13 forumunda – VİDEO
-
1 gün əvvəl
Unicapital İnvestisiya Şirkəti 2025-ci ilin maliyyə nəticələrini açıqlayıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 18 GÜN
NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstəyini davam etdirir
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
SOCAR Çn şirkətilə “Abşeron” layihəsi çərçivəsində mümkün əməkdaşlığı nəzərdən keçirib
Avenue 8 öz fərqli memarlıq fəlsəfəsi ilə WUF 13 forumunda – VİDEO
Ən çox oxunanlar
“Avrora Qrup” Qurban Bayramı münasibətilə aztəminatlı ailələrə bayram sovqatı çatdırıb
Bir neçə banka borcu olanlar üçün fürsət – illik 5%-dək endirim!
Dolların 1 iyun üçün rəsmi məzənnəsi müəyyən olunub





















.jpg)

