Dollara təsir edəcək məlumatlar açıqlanacaq - ABŞ PULU UCUZLAŞIR
Qlobal bazarlar Fed-in faiz artırmasına fasilə verəcəyi ehtimalını gücləndirə biləcək ABŞ-ın məşğulluq göstəricilərini gözləyir. Dollar ucuzlaşır.
Bu gün Dolların qiymətlərinə təsir edə biləcək mühüm məlumatlar açıqlanacaqdır. Qlobal bazarlar ABŞ-da açıqlanacaq kənd təsərrüfatı xaric məşğulluq, işsizlik və maaş artımı məlumatlarına fokuslanıb.
"Marja" xəbər verir ki, ABŞ-da məşğulluğun və maaşların artması, FED-in faiz artırması üçün mühüm əhəmiyyət daşıyır.
Noyabr ayına dair kənd təsərrüfatı xaric məşğulluq məlumatı Bakı vaxtı ilə saat 17:30-da açıqlanacaqdır.
ABŞ-da Noyabrda məşğulluğun 200 min artacağı gözlənilir. Oktyabrda məşğulluq 250 min nəfər artmışdı.
Eyni zamanda, ABŞ-da işsizlik nisbəti məlumatı da açıqlanacadır. Dünyanın ən böyük iqtisadiyyatında işsizlik nisbətinin Noyabrda 3,7%-də qalacağı proqnozlaşdırılır. Oktyabrda da işsizlik 3,7% təşkil etmişdi.
Həmçinin ABŞ-da maaşların illik və aylıq saatlıq artım nisbətləri də açıqlanacaqdır. Saatlıq maaşın Noyabrda orta hesabla ayıq 0,3% artacağı gözlənilir. Sentyabrda aylıq artım 0,2% olmuşdu. Maaşın illik müqayisədə isə 3,1% artacağı gözlənilir. Oktyabrda illik artım 3,1% təşkil etmişdi.
ABŞ Dolları, məşğulluq hesabatı öncəsi - bu həftə G - 10 pullarının hamısı qarşısında dəyər itirib. Məşğulluq artımının Noyabrda səngidiyi güman edilir.
Həmçinin "Huawei Technologies" şirkətinin maliyyə direktorunun həbs olunması, ABŞ - Çin münasibətlərini pisləşdirə bilər.
PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!
Kənd təsərrüfatı məşğulluq məlumatı kənd təsərrüfatı xaricində son ay ərzində işləyən insanların sayındakı dəyişiklikləri müəyyən edir. Məşğulluğun artması ölkənin pul vahidinə müsbət bir təsir göstərir. Kənd təsərrüfatı xaric məşğulluq məlumatının proqnozdan yüksək çıxması dollar üçün pozitiv/buğa, aşağı çıxması isə neqativ/ayı bazarıdır. Yeni iş yerlərinin açılması və nətəcədə gəlir əldə edən insanların daha çox xərcləməsi ümumi daxili məhsul (ÜDM) üçün önəmlidir.
ABŞ Mərkəzi Bankı Fed-in bu il faizləri 4 dəfə artıracağı gözlənilir. Artıq faizlər 3 dəfə artırılıb. Gələn il isə Fed-in faiz artırmağa fasilə verəcəyi gözlənilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
5 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 5 saat əvvəl
- 6 saat əvvəl
-
7 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 7 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
9 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır


















.jpg)





