Kənd Təsərrüfatı Sığortası üzrə Əməkdaşlıq Protokolu imzalandı
Bakıda Azərbaycan və Türkiyənin Kənd Təsərrüfatı nazirliklərinin nümayəndə heyətləri arasında görüş keçirilib.
Azərbaycanın kənd təsərrüfatı naziri İnam Kərimov ölkəmizdə səfərdə olan Türkiyənin kənd təsərrüfatı və meşəçilik naziri Bekir Pakdemirlini salamlayaraq, qardaş ölkənin nümayəndələrinin “AGtech and Green Energy” beynəlxalq forumunda iştirakını yüksək qiymətləndirib.
Nazir bildirib ki, Azərbaycanda iqtisadiyyatın aparıcı sahələrindən olan aqrar sahə yeni inkişaf mərhələsinə qədəm qoyub, kənd təsərrüfatının inkişafı prosesində əhəmiyyətli nailiyyətlər əldə olunub. Hazırda kənd təsərrüfatının aparıcı sahələrinə dair dövlət proqramları üzərində iş getdiyini xatırladan İnam Kərimov Azərbaycanın Türkiyə Cümhuriyyəti ilə aqrar sahədə əməkdaşlıqda maraqlı olduğunu deyib. Onun sözlərinə görə, Azərbaycan Türkiyə ilə aqrar sığorta sisteminin tətbiq ilə bağlı təcrübə mübadiləsi aparmaqda, toxumçuluq, fındıqçılıq və pambıqçılıq sahəsində əməkdaşlığı genişləndirməkdə maraqlıdır.
Türkiyənin kənd təsərrüfatı və meşəçilik naziri Bekir Pakdemirli Azərbaycana dəvətə görə nazir İnam Kərimova təşəkkürünü bildirib. O qeyd edib ki, iki ölkə arasında kənd təsərrüfatı məhsullarının ticarət dövriyyəsini genişləndirmək üçün böyük potensial var, amma real ticarət dövriyyəsi mövcud potensiala görə çox aşağıdır. Bekir Pakdemirli özəl sektorun qarşılıqlı ticarətdə rolunu artırmaqla bu potensialdan tam istifadə etməyin mümkünlüyünü deyib. Sabah Bakıda keçiriləcək Azərbaycan-Türkiyə Biznes Forumunda iştirak etmək üçün Türkiyədən 65 iş adamının gəldiyini xatırladan Bekir Pakdemirli bu tədbirin əməkdaşlığın genişlənməsində mühüm rol oynayacağına əminliyini vurğulayıb. Türkiyənin toxumçuluq sahəsində böyük uğurlara imza atdığını deyən nazir əlavə edib ki, ölkəsi pambıqçılığın inkişafına önəm verir. “Hazırda Türkiyə özünü pambıq toxumu ilə tam təmin edir, toxumçuluq sahəsində imkanlarımızı pambıqçılığın inkişafında son dərəcə maraqlı olan Azərbaycanla bölüşə bilərik” – deyə nazir bildirib.
Azərbaycanın kənd təsərrüfatı naziri İnam Kərimov iki ölkənin aqrar qurumlarının fındıqçılıq, texnologiyalar sahəsində də əməkdaşlıq edə biləcəyini, hər iki ölkənin aqrar sahədə ixtisaslaşmış təhsil müəssisələrinin mütəxəssis mübadiləsi apara biləcəyini deyib. Nazir əlavə edib ki, sabah Bakıda keçiriləcək Azərbaycan-Türkiyə Biznes Forumu aqrar sahədə əməkdalığı dəyərləndirmək baxımından mühüm rol oynayacaq.
Görüşün sonunda Azərbaycan və Türkiyənin Kənd Təsərrüfatı nazirlikləri arasında Kənd Təsərrüfatı Sığortası üzrə Əməkdaşlıq Protokolunun imzalanma mərasimi keçirilib. Protokolu Azərbaycanın kənd təsərrüfatı naziri İnam Kərimov və Türkiyənin kənd təsərrüfatı və meşəçilik naziri Bekir Pakdemirli imzalayıblar.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 6 gün sonra
- 7 saat əvvəl
-
- 7 saat əvvəl
-
7 saat əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
-
10 saat əvvəl
"2026-nın sonuna qədər Azərbaycanda uçot dərəcəsinin 6 %-ə enəcəyini gözləyirik"
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
AZCON-nun Müşahidə Şurasına yeni üzvlər təyin edilib
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz
Küçələrdə, ictimai yerlərdə elektron siqaret çəkənlər cərimələnəcək
Elektron siqaretlərin idxalı, ixracı, istehsalı və satışına görə cərimələr müəyyənləşir - 5000 MANATADƏK CƏRİMƏ
Maşınqayırma zavoduna sədr təyin edildi

























