İslam maliyyəsi və bankçılığının inkişafı müzakirə olunub
Azərbaycanda İslam maliyyəsi və bankçılığının inkişafı müzakirə olunub.
Azərbaycan Banklar Assosiasiyasından (ABA) bildiriblər ki, ABA tərəfindən təşkil olunmuş iclasda Azərbaycanda İslam maliyyəsi və bankçılığının inkişaf etdirilməsi ilə əlaqədar qanunvericilik, tənzimləmə sistemi və nəzarət tələbləri, ölkədə bank xidmətləri, mikromaliyyə, sığorta və qiymətli kağızlar sektorlarının imkanları, bu sektorda İslam maliyyəsi üçün imkanlar; bazar iştirakçıları üçün İslam maliyyəsinə əsaslana biləcək mümkün məhsullar, tələb və təklif istiqamətləri, mexanizmlər, əməliyyatlar və s. məsələlər müzakirə olunaraq müvafiq qərarlar qəbul edilib.
İclasda, həmçinin "Azərbaycanda İslam bankçılığı üçün hüquqi çərçivənin inkişaf etdirilməsi" layihəsi ilə bağlı təqdimat keçirilib.
Qeyd edək ki, ABA 1990-cu ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın yaradılmasında əsas məqsəd üzv təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarət olub. Hazırda 29 bank və 3 bank olmayan kredit təşkilatı, eyni zamanda, "Azericard" MMC ABA-nın üzvüdür.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
- 16 d. əvvəl
-
- 35 d. əvvəl
-
53 d. əvvəl
Dövriyyədə olan nağd pulun və bank ehtiyatlarının cəmi məbləği açıqlandı
-
1 saat əvvəl
Mərkəzi Bank rəsmi valyuta ehtiyatlarının daha da artdığını açıqladı - MƏBLƏĞ
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
“Bakı Metropoliteni”: Xalis zərərin artması əsasən iki amillə bağlıdır - MÜSAHİBƏ
- 16 saat əvvəl
-
16 saat əvvəl
Bakı Beynəlxalq Dəniz Limanın tarixində rekord göstəriciyə imza atılıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Tramp: Venesuela ABŞ-yə 30–50 milyon barel neft verəcək
Rəsmi məzənnələr açıqlandı
Qızıl Balıqartırma Zavodu ASC-dən MMC-yə çevrilib
Ən çox oxunanlar
Dövlət şirkəti 35 milyon manat kredit cəlb edib
Siqaret qaçaqmalçılığı üzrə daha bir nəfər saxlanılıb
Bank filialı üçün mebel alır - TENDER
Aqrar sığortadan fermerlərə rekord ödəniş – BİR İLDƏ 9 MİLYON MANAT!



























