Bank sektorunun xalis mənfəətində böyük azalma
2018-ci ilin 10 ayında Azərbaycanın bank sektorunun xalis mənfəəti 238 milyon manat təşkil edib.
“Marja” Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən xəbər verir ki, ötən ilin 10 ayı ilə müqayisədə bank sektorunun xalis mənfəəti 2,3 dəfə azalıb. Ötən ilin yanvar-oktyabr dövründə bank sektorunun xalis mənfəəti 549.6 milyon manat təşkil etmişdi.
PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!
Müqayisə olunan dövrdə, bankların cəmi faiz gəlirləri 1 milyard 582.3 milyon manatdan 1 milyard 445.2 milyon manata, qeyri-faiz gəlirləri isə 828.9 milyon manatdan 445.2 milyon manata düşüb. Bank sektorunda əməliyyat mənfəəti isə 880.9 milyon manatdan 581.8 milyon manata geriləyib.
Mənfəət və zərər haqqında hesabat (Bank sektoru üzrə)
| (mln. manatla) | (mln. manatla) |
Mənfəət və zərər maddələri | 31.10.2017 | 31.10.2018 |
1. Faiz və gəlirlərin bu qəbildən olan növləri | 1,582.3 | 1,445.2 |
1.1 Kreditlər üzrə faizlər | 1,168.5 | 1,009.7 |
2. Faiz və onlara bağlı xərclər | 740.8 | 489.3 |
2.1 depozitlər üzrə faizlər | 316.9 | 320.0 |
3. Xalis faiz gəliri (zərəri) | 841.5 | 956.0 |
4. Qeyri-faiz gəlirləri | 828.9 | 445.2 |
5. Qeyri-faiz xərcləri | 789.5 | 819.4 |
6. Əməliyyat mənfəəti (zərəri) | 880.9 | 581.8 |
7. Aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına ayırmalar (xərclər) | 309.6 | 315.4 |
8. Digər gəlirlər (xərclər) | 3.4 | (0.5) |
9. Vergilər ödənilənədək mənfəət (zərər) | 574.7 | 265.9 |
10. Mənfəətdən vergilər | 25.1 | 27.9 |
11. Xalis mənfəət (zərər) | 549.6 | 238.0 |
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
1 həftə sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 1 həftə sonra
- 3 gün sonra
-
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
10 saat əvvəl
Xərçəng iddiası ilə bağlı məhkəmə işində “Bayer” şirkətinin xeyrinə qərar verildi
- 11 saat əvvəl
-
13 saat əvvəl
Qazaxıstan Azərbaycandan aviasiya yanacağı idxalına başlaya bilər
-
13 saat əvvəl
Gürcüstan Azərbaycandan 2 milyard kubmetrdən çox təbii qaz tədarükünə dair zəmanət əldə edib
-
13 saat əvvəl
İyunun 27-nin hava proqnozu - LEYSAN, GÜCLÜ KÜLƏK GÖZLƏNİLİR
-
13 saat əvvəl
Volkswagen 4 zavodunu bağlamağı və 100 min əməkdaşını işdən çıxarmağı planlaşdırır
-
13 saat əvvəl
Azərbaycan-Gürcüstan sərhədində yeni keçid məntəqəsi layihələndirilir
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Qazaxıstan Azərbaycandan aviasiya yanacağı idxalına başlaya bilər
Gürcüstan Azərbaycandan 2 milyard kubmetrdən çox təbii qaz tədarükünə dair zəmanət əldə edib
Ən çox oxunanlar
İyunun 27-nin hava proqnozu - LEYSAN, GÜCLÜ KÜLƏK GÖZLƏNİLİR
Sahibkarlar ən çox nədən şikayət edir? - Sahibkarların gömrükdə ən çox "ilişdiyi" məsələ açıqlandı
Bakıda və bölgələrdə külək güclənəcək - XƏBƏRDARLIQ
1 milyondan çox Azərbaycan vətəndaşı əsasən onlayn olmaqla xarici ölkələrdən 501 milyon dollarlıq şəxsi istifadə malları alıb






























