"Pambıqçıların heç birinin əmək müqaviləsi yoxdur"
Aqrar sektor gizli iqtisadiyyatın rast gəlindiyi əsas sahələrdəndir
"Azərbaycanda 2018-ci ilin ötən aylarında pambıqçılıqda 190 min yeni iş yeri yaradılıb. Ancaq bu sektorda işləyənlərin heç birinin əmək müqaviləsi yoxdur. Bunun özü "kölgə iqtisadiyyat"nın bir formasıdır".
"Marja" xəbər verir ki, bunu "Professional mühasib" jurnalının baş redaktoru, müstəqil auditor Mehdi Babayev bildirib.
Mehdi Babayev qeyd edib ki, bu gün cəmiyyəti aktiv vergi ödəyiciləri və sadə vətəndaşlar qrupuna ayıra bilərik. Adi vətəndaşlar passiv olduğundan onları «kölgə iqtisadiyyatı»nın iştirakçısı hesab etmək düzgün olmaz. "Kölgə iqtisadiyyatı»nın birbaşa iştirakçıları həmin aktiv sahibkarlıq subyektlərinin müəyyən bir hissəsi olacaqdır:
""Kölgə iqtisadiyyatı" bu gün bütün ölkələrdə rast gəlinən problemlərdəndir. Yəni qeyri-rəsmi iqtisadiyyat adlandırılan bu sahə dövlət nəzarətindən və uçotundan kənarda qalır. Təəssüf ki, bəzən həmin sahəni bütünlüklə şəffaflaşdırmaq çox çətin olur. Ancaq elə sahələr vardır ki, onları dövlətdən və cəmiyyətdən gizlətmək mümkün deyil. Məsələn, ev təsərrüfatları və ya icma təsərrüfatları. Bu gün ölkəmizdə aqrar sahənin böyük bir hissəsi, demək olar ki, kölgə iqtisadiyyatının təsirindədir. Azərbaycanda 2018-ci ilin ötən aylarında pambıqçılıqda 190 min yeni iş yeri yaradılıb. Ancaq bu sektorda işləyənlərin heç birinin əmək müqaviləsi yoxdur. Bunun özü "kölgə iqtisadiyyat"nın bir formasıdır. Ümumiyyətlə, aqrar sektor "kölgə iqtisadiyyatı"nın yayıldığı ən geniş sahələrdən biridir. Fermerlər yalnız rəsmi şəkildə işə cəlb etdikləri işçilərin əməkhaqqına görə muzdlu işlə əlaqədar gəlir vergisinin və ödəmə mənbəyindən gəlirlərin vergisinin uçotunu aparırlar. Bu isə fermerin vergi-maliyyə göstəriciləri haqqında müfəssəl məlumat almağa imkan vermir. Bölgələr üzrə əkilmiş və becərilməkdə olan ayrı-ayrı kənd təsərrüfatı məhsullarının uçotu dəqiq aparılmadığına görə düzgün informasiya əldə etmək imkanları də zəifdir. Ona görə də regionlarda yerli icra orqanları və bələdiyyələrin uçot-məlumat işinin təşkilində müxtəlif dövlət qurumları ilə fəaliyyəti uzlaşdırılmalıdır".
PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!
© "Vergilər"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
8 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 8 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 10 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır







.jpg)








.jpg)






