“Bankçılıq Mükafatları-2018” - QALİBLƏR
19 dekabr 2018-ci il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) təşkilatçılığı ilə “Bankçılıq Mükafatları-2018” adlı tədbir keçirilib.
ABA-ya üzv təşkilatların müxtəlif nominasiyalar üzrə mükafatlandırılması məqsədilə keçirilən tədbirdə kommersiya banklarının yuxarı menecmenti, beynəlxalq maliyyə institutlarının ölkəmizdəki nümayəndəlikləri, ABA-nın nəzdində fəaliyyət göstərən Ekspert qruplarının rəhbərləri və digər dəvətlilər iştirak edib.
Mükafatlandırma mərasimində qeyd edilib ki, 2018-ci ildə banklar tərəfindən çoxsaylı korporativ sosial məsuliyyət layihələri, eləcə də təhsil və maliyyə savadlılığının dəstəklənməsi tədbirləri reallaşdırılıb. ABA, bu istiqamətlər üzrə həyata keçirilən layihələri qiymətləndirərək müxtəlif nominasiyalar üzrə ən fəal bankları seçib.
Belə ki, “Korporativ sosial məsuliyyət” nominasiyası üzrə “AtaBank” ASC, “Bank VTB” ASC, “ExpressBank” ASC, “ Nikoil Bank” ASC, “Xalq Bank” ASC, “ZiraatBank” ASC mükafatlandırılıb.
“Ən fəal maliyyə savadlığı dəstəkçisi” nominasiyası üzrə “Üçüncü Bahar” təşəbbüs qrupu və “Yapıkredi Bank Azərbaycan” QSC mükafata layiq görülüb.
“Ən fəal təhsil dəstəkçisi” nominasiyası üzrə isə “Azər Türk Bank ASC”, “International Consulting Company” MMC, “NBCBank” ASC, “PAŞA Bank”ASC, “Rabitəbank” ASC, “Unibank” KB ASC təltif edilib.
“Korporativ sosial məsuliyyət” və “Ən fəal maliyyə savadlığı dəstəkçisi” nominasiyaları üzrə “Amrahbank” ASC və “Azərbaycan Beynəlxalq Bankı” ASC mükafatlandırılıb.
“Korporativ sosial məsuliyyət” və “Ən fəal təhsil dəstəkçisi”nominasiyaları üzrə “AccessBank” QSC və “Bank of Baku” ASC mükafata layiq görülüb.
“Korporativ sosial məsuliyyət”, “Ən fəal təhsil dəstəkçisi” və “Ən fəal maliyyə savadlığı dəstəkçisi” nominasiyaları üzrə isə “Bank Respublika” ASC və “Kapital Bank” ASC təltif edilib.
“İnnovativ ödəniş həlləri tətbiq edən ABA üzvü” nominasiyası üzrə “Azərbaycan Beynəlxalq Bankı” ASC, “Bank of Baku” ASC, “Bank Respublika” ASC, “Ekspressbank” ASC, “Kapital Bank” ASC, “PAŞA Bank” ASC, “Rabitəbank” ASC, “Unibank” KB ASC mükafatlandırılıb.
“Bank-maliyyə sahəsində araşdırmalar və yazılarla çıxış edən bank nümayəndəsi” nominasiyası üzrə “AFB Bank” ASC-nin İdarə Heyətinin Sədri v.i. Aydın Hüseynov, “AtaBank” ASC-nin Risk Menecmenti departamentinin direktoru Elman Sadıqov, “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin Maliyyə menecmenti departamentinin MHBS hesabatlığı şöbəsinin müdiri Əli Dadaşzadə təltif edilib.
Daha sonra ABA-nın fəaliyyətinin əsas istiqamətlərindən birini təşkil edən, Assosiasiyanın nəzdində çalışan ekspert qruplarının il ərzindəki fəaliyyətlərinin qiymətləndirilməsinin nəticələri açıqlanıb və vurğulanıb ki, il ərzində ekspert qruplarının hər biri çox yüksək səviyyədə və peşəkarlıqla fəaliyyət göstərmiş, bank sektoruna aid məsələlərin həllinə əhəmiyyətli töhfələr veriblər.
Beləliklə, “Ən fəal ekspert qrupu” nominasiyası üzrə “Komplayns üzrə” Ekspert qrupu 1-ci yer, “Hüquqi məsələlər üzrə” və “Ödəniş sistemləri və alternativ xidmət kanalları üzrə” və Ekspert Qrupları 2-ci yer, “Tədris strategiyaları və İR üzrə” və “Xəzinədarlıq və Fondların İdarə Olunması üzrə” Ekspert Qrupları isə 3-cü yerə layiq görülüb.
Sonda isə “Etibarlı tərəfdaş” nominasiyası üzrə “Zolotaya Korona”nın direktor müavini Emil Cəfərov, “Ekspert qruplarının fəaliyyətinə dəstəyinə görə” nominasiyası üzrə isə Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının Ödəniş sistemlərinə nəzarət sektorunun müdiri Tamerlan Rüstəmov və Azərbaycan Respublikası Mərkəzi Bankının Milli ödəniş sisteminin inkişafı şöbəsinin rəisi Ramil Mahmudov təltif edilib.
Tədbirin sonunda isə təşkilati dəstəyə görə “Antaris” MMC-ə, “ALPHA Coaching & Consulting”, “Andrew’s ties” şirkətinə və “La Aristocratie” brendinə təşəkkür edilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 23 d. əvvəl
-
-
27 d. əvvəl
ASCO-nun gəmiləri ilə daşınan konteynerlərin sayı 203 faiz artıb
-
29 d. əvvəl
Unibankdan Yeni ilin ilk kredit kampaniyası: 0 % komissiya və faizlərə endirim!
-
33 d. əvvəl
SOCAR-ın prezidenti “TotalEnergies” şirkətinin baş vitse-prezidenti ilə görüşüb
- 42 d. əvvəl
-
45 d. əvvəl
"Azərbaycana sərmayə qoyun. Kontraktlarda bir söz də dəyişilmir və dəyişilməyəcək"
-
53 d. əvvəl
"Şirkətin daha böyük planları var və Azərbaycan dövləti bu planları tam dəstəkləyir"
- 1 saat əvvəl
-
1 saat əvvəl
Rəsmi İrəvan Azərbaycandan növbəti partiya benzin və dizel göndəriləcəyini təsdiqləyib
- 1 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Yanvarın 9-da gözlənilən hava şəraiti
ASCO-nun gəmiləri ilə daşınan konteynerlərin sayı 203 faiz artıb
"Şirkətin daha böyük planları var və Azərbaycan dövləti bu planları tam dəstəkləyir"
Ən çox oxunanlar
Bakıdan Əbu-Dabiyə birbaşa uçuşların sayı artırılacaq
Rəsmi İrəvan Azərbaycandan növbəti partiya benzin və dizel göndəriləcəyini təsdiqləyib
222 mənzil "sonda kirayəçiyə qalması" şərtilə vətəndaşlara təqdim edilir - Aylıq ödənişləri 347 manatdan başlayır
Yeni nəsil nəzarət-kassa aparatları 28 milyard 162 milyon manat dövriyyəni qeydə alıb - 3,6 MİLYARD MANATLIQ ARTIM
Norm Sement zavodunun istehsal gücü artırılıb
“ƏDV geri al” layihəsi çərçivəsində 191 milyon manatdan çox vəsait istehlakçılara qaytarılıb
Dövlət Məşğulluq Agentliyinə yeni sədr təyin olunub








.jpg)
















