Mərkəzi Bank tələbə-gənclər üçün bir sıra təlimlər keçirib
Azərbaycan Respublikasının Mərkəzi Bankı “Maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi”nin “Maliyyə bazarı iştirakçılarının bilik və bacarıqlarının artırılması” hədəfinin icrası ilə əlaqədar cari ilin ikinci yarısında əsas hədəf qruplardan olan tələbə-gənclər üçün bir sıra maarifləndirmə təlimləri keçirmişdir.
Bu müddət ərzində Mərkəzi Bankda təcrübə keçən bir qrup tələbə “Maliyyə savadlılığı: Peşəkar Karyeraya aparan yol” adlı müsabiqə xarakterli təlimlərdə iştirak etmişdir. Bu təlimlərdə tələbələrə istehlakçı büdcəsinin idarə olunması, nağdsız ödənişlər, əmanətlərin sığortalanması, sığorta fəaliyyətinin əsasları, kredit işinin təşkili və bank əməliyyatları mövzuları Mərkəzi Bankın əməkdaşları, Əmanətlərin Sığortalanması Fondunun, bank və sığorta təşkilatlarının nümayəndələri tərəfindən tədris edilmişdir.
Eyni zamanda, Azərbaycan Memarlıq və İnşaat Universiteti və Bakı Mühəndislik Universitetinin “Economics” klubunun təşəbbüsü ilə kluba üzv 80 tələbəyə “Gənclər üçün Maliyyə Savadlılığı” təlimi keçirilmiş və bank əməliyyatları, kredit işinin təşkili, nağdsız ödənişlər mövzuları əhatə olunmuşdur. Çox saylı müraciətləri nəzərə alaraq, bu universitetlərin xüsusilə fərqlənən bir qrup tələbə və gənc müəllimləri üçün Mərkəzi Bankda “Peşəkarların Maliyyə Savadlılığı” təlimləri təşkil edilmiş və bu təlimlərdə pul nişanlarının saxtakarlığına qarşı mübarizə, əmanətlərin sığortalanması, rəqəmsal maliyyə alətləri mövzuları izah edilmiş və Maliyyə savadlılığı portalı (bizimpullar.az), virtual təhsil platforması (edu.e-cbar.az) və Azərbaycan Kredit Bürosunun fəaliyyəti haqqında məlumat verilmişdir. Təlim iştirakçılarını maraqlandıran suallar cavablandırılmış və onlar müvafiq sertifikatlarla təltif olunmuşlar.
Qeyd edək ki, Mərkəzi Bank sözügedən Strateji Yol Xəritəsinin icrası çərçivəsində tələbə-gənclər üçün bu səpkili təlimləri, eləcə də əhalinin maliyyə bilik və bacarıqlarının artırılmasına yönəlmiş müxtəlif tədbirləri növbəti ildə də davam etdirəcəkdir.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 6 gün sonra
- 9 saat əvvəl
-
- 9 saat əvvəl
-
10 saat əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 10 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
-
13 saat əvvəl
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
-
13 saat əvvəl
"2026-nın sonuna qədər Azərbaycanda uçot dərəcəsinin 6 %-ə enəcəyini gözləyirik"
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
AZCON-nun Müşahidə Şurasına yeni üzvlər təyin edilib
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz
Küçələrdə, ictimai yerlərdə elektron siqaret çəkənlər cərimələnəcək
Elektron siqaretlərin idxalı, ixracı, istehsalı və satışına görə cərimələr müəyyənləşir - 5000 MANATADƏK CƏRİMƏ
Maşınqayırma zavoduna sədr təyin edildi
























