İLK DƏFƏ - Qəbələyə Təyyarə ilə tur!
Yerli və xarici turistlərin ölkəmizdə ən çox səfər etdiyi yerlərdən biri olan Qəbələyə təyyarə ilə tur təşkil olunur. Bu ölkə daxili turizm sahəsində bir ilkdir. “Terra Travel” turizm şirkəti fərqlənmək qərarına gəlib və Qəbələyə turu təyyarə ilə təşkil edir.
Qeyd edək ki, Bakı ilə Qəbələ arasında məsafə 225 kilometrdi. Avtobusla bu yol 4 saat ərzində qət olunur. Amma təyyarə ilə təşkil olunan yeni tur zamanı yola 55 dəqiqə vaxt sərf olunacaq.
Təyyarə ilə səyahətin qiyməti 310 manatdır. Məbləğə 3 gün 2 gecə “Qafqaz Qabala City Hotel”də qonaqlama, Bakı-Qəbələ-Bakı aviabileti, hava limanı-hotel-hava Limanı transfer, spa və hotel xidmətlərindən istifadə, həmçinin səhər yeməyi daxildir. Qiymət 2 nəfərlik otaqda 1 nəfər üçün nəzərdə tutulub.
Turun proqramına Çuxur Qəbələyə, Qəbələnd İstirahət və Əyləncə Mərkəzinə, Nohur gölünə, Qəbələ Tarix-Diyarşünaslıq Muzeyinə, Tufandağ - Qış Yay Turizm İstirahət Kompleksinə və Qəbələ Atıcılıq Klubuna ekskursiyalar daxildir.
Qeyd edək ki, Tufandağ - Qış Yay Turizm İstirahət Kompleksindən başqa digər ekskursiyalara 1-2 manat ödəyəcəksiz. Qış-Yay istirahət mərkəzinə giriş isə 10-17 manat arasında dəyişir.
Onu da deyək ki, turun başlamağına 10 gün qalmış turdan imtina edildikdə ödənilmiş məbləğ geri qaytarılmır.
© Fins
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 16 saat sonra
-
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 5 saat əvvəl
-
6 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 7 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“BQ” ASC-nin xalis mənfəəti 52% artıb
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz





















