Apple-ın əzəli rəqibi də gəlir və mənfəət proqnozlarını aşağı salıb
Apple-ın ardından əzəli rəqibi Samsung da telefon bazarındakı yavaşlama və iqtisadi şərtlər səbəbilə proqnozlarını aşağı salıb. "Samsung Electronics" şirkəti, 2018-ci ilin dördüncü rübündə mənfəətinin 29 faiz düşdüyünü nəzərdə tutub. Çin iqtisadiyyatındakı ləngimənin çip və cib telefonu tələbini zəiflədib.
"Marja" xəbər verir ki, Samsung-dan verilən açıqlamaya görə, oktyabr-dekabr dövrü mənfəətinin 2017-ci ilin eyni dövrü ilə müqayisədə 29 faiz azalma ilə 10.8 trilyon won (9.6 milyard dollar) səviyyəsində olduğu güman edilir. 2017-ci ilin dördüncü rübündə Samsung 15.2 trilyon won (13.5 milyard dollar) mənfəət əldə etmişdi. Analitiklər 2018-in son rübündə Samsungun 13.2 trilyon won mənfəət əldə edəcəyini gözləyirdilər.
Samsung 2018-ci ilin Oktyabr-Dekabr dövrü üçün maliyyə nəticələrini bu ayın ikinci yarısında açıqlayacaq.
Samsung, ötən ilin dördüncü rübündə dövriyyəsinin 11 faiz azalma ilə 59 trilyon won (52.5 milyard dollar) səviyyəsinə gerilədiyi proqnozunu da verib.
Şirkət ötən il Samsung Galaxy S9, Samsung Galaxy Note 9 və Samsung Galaxy A9 modellərini təqdim etmişdi.
SƏHMLƏRİ UCUZLAŞIB
2018-ci ildə bazar dəyərinin təxminən dörddə birini itirən Samsung-un Seul Birjasında ticarət olunan səhmləri, şirkətin bu son açıqlamasının ardından 2%-ə yaxın ucuzlaşıb. Şirkətin bazar qiyməti hazırda təxminən 226 milyard dollar səviyyəsindədir.
Bu ilin əvvəlində Apple, iPhone XS, iPhone XS Max və iPhone XR-i satışa təqdim etdiyi Oktyabr-Dekabr dövrünü əhatə edən rübdəki gəlir proqnozunu 89-93 milyard dollar aralığından 84 milyard dollara endirdiyini açıqlamışdı.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 gün sonra
-
34 d. əvvəl
Kapital Bank güzəştli kreditlərin verilməsinə dair müqavilə imzalayıb
-
-
35 d. əvvəl
Azərbaycan Kredit Bürosu ilə Çinin Pudao Kredit Bürosu arasında görüş keçirilib
-
56 d. əvvəl
Azərbaycanda orta maaş 5 faizdən çox artaraq 1099,1 manat təşkil edib
-
1 saat əvvəl
"Expressbank"ın biznes kreditləri portfeli 200 milyon manat səviyyəsini keçib
-
1 saat əvvəl
ABB-nin kredit portfeli ilk rübdə 80 milyon manata yaxın artıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Bağçalı” otelinin fəaliyyətinin dayandırılması barədə Qərar qəbul olunub
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Bank" səhmlərinə sahib olun!
3 ayda Naftalana 9 minə yaxın yerli və xarici turist gəlib
Xalq Bank I rübün yekunlarını açıqladı
Ən çox oxunanlar
Çinin ixracı yavaşlayıb
Azərbaycan neftinin son qiyməti
İnvestisiya şirkətlərinin xalis mənfəəti azalıb
Azərbaycanda median aylıq kirayə haqqı 1000 manatı keçib
















.jpg)









