"Funt-sterlinq 2019-da ən çox bahalaşan G-10 valyutası olacaq"
"Goldman Sachs"a görə, Funt-sterlinq, 2019-cu ildə ən çox dəyər qazanan G-10 pulu olacaq
Qlobal maliyyə xidmətləri şirkəti "Goldman Sachs Group"a görə, Funt-sterlinq, müqaviləsiz Brexit riskinin azalması ilə 2019-cu ildə G-10 valyutalarının hamısı qarşısında dəyər qazana bilər.
"Marja" xəbər veri ki, Funt-sterlinq, Böyük Britaniyanın Baş naziri Theresa May-ın "Brexit" planının keçən həftə uğursuzluğa uğramasının ardından, Böyük Britaniyanın Avropa Birliyində (AB) qalması ilə nəticələnəcək ikinci referendum ehtimalının artması ilə ardıcıl beş gün dəyər qazanıb.
Baş nazirin Bazar ertəsi günü parlamentdə yeni təklifini təqdim etməsi gözlənilir.
PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!
"Goldman Sachs"ın qlobal Valyuta və inkişaf edən bazarlar departamentinin rəhbəri Zach Pandl, "Bloomberg Television"a verdiyi müsahibəsində, "Keçən həftə baş verənləri daha sonra reallaşacaq daha yumşaq bir "Brexit", ya da heç baş verməyəcək bir "Brexit" əlaməti kimi oxuyarıq. Biz, Funt-sterlinqin bu il ən yaxşı performans göstərən G-10 pulu olacağını düşünürük",- deyib.
"Bloomberg"ün iqtisadçı və strateqlər arasında keçirdiyi sorğunun nəticələrinə görə funt-sterlinq 2019-cu ilin sonuna qədər 5%-dən çox dəyər qazanaraq dollar qarşısında 1.36 səviyyəsinə yüksələcək.
Bakı vaxtı ilə saat 11:25-də Funt sterlinq/Dollar (GBP/USD) məzənnəsi 1.2874 səviyyəsində olub.
G10 valyutaları dünyanın ən likvid valyutalarıdır. Bu valyutalar aşağıdakılardır:
ABŞ dolları (USD)
Avro (EUR)
Funt sterlinq (GBP)
Yaponiya yen (JPY)
Avstraliya dolları (AUD)
Yeni Zelandiya dolları (NZD)
Kanada dolları (CAD)
İsveçrə frankı (CHF)
Norveç kronası (NOK)
İsveç kronu (SEK)
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
6 d. əvvəl
"Bir" İçərişəhərin rəqəmsallaşdırılmasına dair Anlaşma Memorandumu imzalayıb
-
24 d. əvvəl
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
AccessBank qadın sahibkarlar üçün “Access2Success” layihəsini Qubada təşkil edib
-
2 saat əvvəl
"Yeni tikililərin maya dəyəri artır, yaxın aylarda mənzillərin daha da bahalaşacağı gözlənilir"
-
3 saat əvvəl
Xalq Bank “Visa Direct to Account” xidməti üzrə mükafata layiq görüldü
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
Bu il İçərişəhərdə 26 iri festival keçiriləcək
Ən çox oxunanlar
"Yeni tikililərin maya dəyəri artır, yaxın aylarda mənzillərin daha da bahalaşacağı gözlənilir"
Bakcell-in dəstəyi ilə gənclər üçün “SummerStack Bootcamp” başlayır
Yapon avtomobili Nissan Magnite - CƏMİ 27 900 MANATA
Yasamalda sərfəli qiymətlərlə mənzil sahibi omağa tələsin
VTB (Azərbaycan) əmanət faizlərini 11.75%-dək qaldırdı













.jpg)






