Dollara zərbə! - D-8-də "D8P Card" dövrü
Türkiyə, İran, Pakistan, Banqladeş, Malayziya, İndoneziya, Misir və Nigeriyadan ibarət olan İnkişaf Edən Səkkiz Ölkə (D-8) ticarəti "D8P Card" ilə həyata keçirəcək.
"Marja" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, D-8-in Baş Katibi Dato Ku Jaafar Ku Shaari "Prezidenti Ərdoğanın üzv ölkələr arasında yerli pul vahidlərinin istifadə edilməsi fikrindən hərəkət edərək "D8P Card" (payment card) yaratdıq. Bu kart ilə bütün üzv ölkələr öz aralarında apardığı ticarət və digər hər cür alış-verişlərdə yerli pul vahidləri ilə ödəniş apara bilmək imkanına malik olacaqlar" deyib.
2019-cu ildə üzv ölkələr arasında xüsusilə enerji sektorunda əməkdaşlığı çox ciddi bir şəkildə hədəf seçdiklərini söyləyən Dato Ku Jaafar Ku Shaari, enerji resurslarının üzv ölkələrə dağıdılması və çatdırılması sahəsində işlərin davam etdiyini vurğulayıb.
Dato Ku Jaafar Ku Shaari, "Turizm, iş aparmağı planlaşdırdığımız potensial sahələrdən biridir. Ümid edirik ki, 2019-da, imzaladığımız Ticarət Müqaviləsi, Preferantial Trade Agreement (PDA) müqaviləsi əsasında meyvələrini toplayacağıq. Həmçinin üzv dövlətlər arasında gömrük razılaşması üzrə işlərin davam etməsini istəyirik" deyib.
D-8 ÖLKƏLƏRİNİN VƏTƏNDAŞLARINA SÜRƏTLİ KEÇİD İMKANI
Hava limanı şəbəkəsinin yaradılması ilə viza sazişinin həyata keçəcəyini və aktiv olaraq istifadə ediləcəyini qeyd edən Dato Ku Jaafar Ku Shaari deyib: "Seçilmiş hava limanı layihəsində "Sabiha Gökçen" Hava Limanının seçilməsi məsələsində bir yaxşı niyyət məktubu imzaladıq. Bu hava limanı ilə D-8 üzvü ölkələrin vətəndaşları üçün faust track (sürətli keçid) xidməti təmin ediləcək".
Müştərilərin xəbərləri
Fintexin növbəti inqilabı: Epoint Azərbaycanda minlərlə sahibkar üçün maliyyələşməyə çıxışı necə açmağa hazırlaşır
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 1 həftə sonra
- 32 d. əvvəl
-
- 53 d. əvvəl
-
1 saat əvvəl
Neft qiymətləri sürətlə dəyişir - Bu dəyişikliyi gəlirə çevir
-
1 saat əvvəl
Mərkəzi Bankın aktivləri azalıb, mənfəəti isə 724 milyon manatı keçib
-
1 saat əvvəl
Dövriyyədə olan kağız və metal pulların cəmi məbləği açıqlanıb
- 1 saat əvvəl
- 9 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
Azər Türk Bankdan səhiyyə işçiləri üçün istehlak krediti kampaniyası
-
13 saat əvvəl
Sabahdan Bakıda 2 marşrut xəttində müasir avtobuslar istifadəyə veriləcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 10 GÜN
“Monetri BOKT”un xalis mənfəəti 35% artıb
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 10 GÜN
Ərdoğan və Paşinyan telefon danışığı aparıb
Ən çox oxunanlar
Expressbank-dan sahibkarlar üçün YENİ MƏHSUL
Azər Türk Bankdan səhiyyə işçiləri üçün istehlak krediti kampaniyası
“PRIME LM” 12,8 milyon dollarlıq ixracla reytinqə daxil olub
“TABATERRA”nın ixracı 60%-dən çox artıb
“P-AQRO”nun ixracı 18,9 milyon dollara çatıb





















