Kapital Bank “Global Finance” tərəfindən mükafatlandırılıb

(®) Kapital Bank 16 yanvar 2019-cu il tarixlərində Londonda keçirilən BAFT Assosiasiyasını tədbirində iştirak edib və tədbir zamanı dünyanın nüfuzlu Global Finance jurnalı tərəfindən “Ən yaxşı ticarət maliyyəçisi” (“Best Trade Finance Providers”) mükafatına layiq görülüb.
Qaliblər əməliyyat həcmi, filial şəbəkəsi, müştəri xidməti, rəqabət qabiliyyəti, yenilikçi texnologiyalar və digər meyarlar üzrə seçiliblər. Kapital Bank-ı tədbirdə İdarə Heyəti sədrinin Beynəlxalq Əlaqələr üzrə müşaviri Vüqar Sadiq təmsil edib.
“Bu il yenə də ənənəvi tədbirdə Azərbaycanı təmsil etdik. Tədbir zamanı bir sıra maraqlı görüşlərimiz oldu. Kapital Bank ticarət şəbəkəsinin və kiçik-orta sahibkarlığın maliyyələşməsinə böyük önəm verir. Bu səbəbdən də Global Finance jurnalı tərəfindən xüsusi mükafata da layiq görüldük. Beynəlxalq əməkdaşlığa gəlincə biz gələcəkdə də bu istiqamətdə fəaliyyətimizi davam etdirəcəyik və Amerikadan, Avropadan, Asiyadan olan həmkarlarımızın təcrübəsindən yararlanacağıq”, - deyə, Kapital Bank-ın İdarə Heyəti sədrinin Beynəlxalq Əlaqələr üzrə müşaviri Vüqar Sadiq bildirib.
Qeyd edək ki, 2018-ci ildə Global Finance jurnalı Kapital Bank-ı Azərbaycanda “Ən Güvənli Bank” (“Safest Bank”) adına layiq görüb.
Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 98 filialı və 12 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
-
1 saat əvvəl
Hacıqabul Quşçuluq Şirkətində Anım Günü ilə əlaqədar tədbir keçirilib
-
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 14 saat əvvəl
-
21 saat əvvəl
"ZirvədəSən" təcrübə proqramı başa çatıb - 21 iştirakçı “PAŞA Bank” ailəsinin üzvü olub
-
21 saat əvvəl
Azərbaycan “NVIDIA” və “Microsoft”a yatırımlar kəskin artırıb
- 21 saat əvvəl
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

Sentyabrın 28-də gözlənilən hava şəraiti

AzMDF-in anbarında baş vermiş yanğın məhdudlaşdırılıb

Azərbaycan BOKT-nun adı dəyişdirilib

Azərbaycanda Anım Günüdür

"ZirvədəSən" təcrübə proqramı başa çatıb - 21 iştirakçı “PAŞA Bank” ailəsinin üzvü olub
Ən çox oxunanlar

Azərbaycan “NVIDIA” və “Microsoft”a yatırımlar kəskin artırıb

Dolların Bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub

Qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq Aqrar Sığorta Fonduna müraciətlər kəskin artıb

Expressbank sahibkarlar üçün “Maliyyə savadlığı” təlimi keçirib

Naxçıvan Dövlət Su Ehtiyatları Agentliyində nöqsanlar aşkarlanıb

IM Motors LS6 EREV – 1500 + km yürüş məsafəsi ilə gələcəyin avtomobili Bakıya gətirilir
