Bakıda bu mənzilləri alanlar enerji xərclərini 70%ə qədər azalda bilərlər
® Düzgün mənzil seçiminin enerji xərclərini 70%-ə qədər azalda biləcəyini bilirdinizmi?
Təbii ki, bu mümkündür. Bunun üçün mənzil alarkən onun qiymətinə, yerləşmə yerinə, təmirə, sənədləşmə işlərinə və digər əsas bildiyiniz məsələlərlə yanaşı, seçdiyiniz binanın fasadına önəm verməlisiniz. Daha dəqiq desək, tikinti şirkətinin fasadda hansı materialdan istifadə etməsi çox vacibdir.
İstər sovet dövründə tikilən binalarda, istərsə də hazırda tikinti şirkətləri bu məsələyə o qədər də diqqət yetirməyiblər. Bəzi hallarda binalar üzlənsə də istifadə edilən materiallara diqqət yetirilməməsi mənzillərdə qaralma və nəmişliyə səbəb olur. Eyni zamanda izolyasiyanın olmaması evlərin qızıdırılmasını daha da çətinləşdirir, vətəndaşların kommunal xərclərini xeyli artırmış olur. Halbuki fasad üçün düzgün materialın seçilməsi mənzilləri isti və soyuğa qarşı izolyasiya edir, divarların nəfəs almasına şərait yaradır və nəmişlik, qaralma hallarını aradan qaldıra bilir. Söhbət bu xüsusiyyətləri özündə cəm edən və müasir tikinti sənayesində geniş istifadə edilən daş yunundan gedir.
Daş yunu nədir?
Daş yunu materialı Bazalt qrupuna daxil olan vulkanik mənşəli daşların 1500 – 1800 dərəcədə xüsusi sobalarda əridilərək plazma halına salınmaqla istehsal olunur. Plazma şəkilli daş xüsusi 3 dəlikli qurğudan keçir və soyuması nəticəsində pambıq şəkilli hala düşür. Sonradan isə bu material xüsusi presslər vasitəsi ilə sıxılaraq ehtiyyac olan sıxlıqlar alınır.
Qeyd edək ki, Azərbaycana əsasən Rusiyanın Ryazan şəhərində istehsal olunan daş yunu TexnoFas materialı gətirilir. Texnofasın digər fasad materiallarından fərqi ondan ibarətdir ki, məhsul xüsusi olaraq nazik qatlı dekorativ suvaq sistemi ilə inşa olunan fasadlarda istifadə olunması üçün istehsal olunur. Təbii daşların əridilməsi sayəsində əmələ gəldiyi üçün həm ekoloji cəhətdən təmizdir, həm də heç bir halda yanmır. Bu cür sistemlə qurulmuş fasad ən azı 25 il təmirsiz olaraq xidmət göstərə bilir.
Ekspert: “Daş yunu Avropa ölkələrində uzun illlərdir ki, istifadə edilir”
Ekspertlər bildirir ki, daş yunu dünyada ən geniş yayılmış istilik izolyasiya materialı hesab olunur. Xüsusilə də soyuq ölkələrin inşaat sektorunda geniş yayılıb. İnşaat mühəndisi, sektor üzrə ekspert Rəşad Əmrahlı bildirir ki, Avropada daş yunundan istifadə II Dünya Müharibəsindən sonra başlanılıb. Dağılan binaların yerində tikilən yeni binaların üzlənməsində daş yunundan geniş istifadə edilib. Artıq fasadın vacibliyi dərk olunur və binaların fasadında müxtəlif materiallardan istifadə edilir. Bu materiallar arasında ən kefiyyətli, davamlı,təhlükəsiz və istilik izolyasiya qabiliyyətinə malik olan isə daş yunudur. Hazırda Azərbaycanda daş yunundan daha çox iş adamlarının özəl təklifi ilə villaların üzlənməsində istifadə edilir. Amma tikinti şirkətləri xərc baxımından sərfəli olmadığı üçün daş yunundan geniş istifadə etmirlər. Yalnız Kristal Abşeron şirkəti həyata keçirdiyi layihələrdə binaların daş yunu ilə üzlənməsinə önəm verir.
“Kristal Abşeron” hər bir detalda müştərilərini düşünür
Araşdırma zamanı aydın oldu ki, tikinti Azərbaycandakı tikinti şirkətlərindən yalnız “Kristal Abşeron” şirkəti bütün layihələrində bu materialı istifadə edir. Şirkət müştərilərini düşünərək təmirdə olduğu kimi, bina fasadının uzunömürlü qalması və enerji xərclərinə qənaət edilə bilməsi üçün də ən son texnoloji materiallardan istifadə edir. Bu isə “Kristal Abşeron”un daha bir üstünlüyüdür.
Ətraflı məlumat üçün: *1544 , www.kristalabsheron.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
5 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 5 saat əvvəl
- 6 saat əvvəl
-
7 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 7 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
9 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır







.jpg)












.jpg)


