“Abşeron-Şərab”dan ixrac rekordu – NAZİRLİK ŞİRKƏTİ TƏLTİF ETDİ
“İlin şərab ixracatçısı” adının sahibi məlum olub.
2018-ci ildə Azərbaycanın şərab istehsalçıları arasında ən çox məhsul ixracını “Abşeron-Şərab” ASC həyata keçirib. Azərbaycanın şərab ixracının artırılmasına şirkətin verdiyi töhfə yüksək qiymətləndirilib. Belə ki, “Abşeron-Şərab” İqtisadiyyat Nazirliyi tərəfindən “İlin şərab ixracatçısı” adına layiq görülüb.
“Abşeron-Şərab” ASC İdarə Heyətinin sədri Xəlil İsmayılov "Marja"ya bildirdi ki, mükafat İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə keçirilmiş tədbirdə İqtisadiyyat naziri cənab Şahin Mustafayev tərəfindən şirkətə təqdim edilib.
“1,4 MİLYON ŞÜŞƏ ŞƏRAB İXRAC ETMİŞİK”
Xəlil İsmayılov qeyd etdi ki, adın alınması asan olmayıb, bu uğur bir neçə illik gərgin əməyin nəticəsidir:
“Müəssisəmiz şərab ixracatçıları arasında birincidir. Ötən il “Abşeron-Şərab” tərəfindən təxminən 2,5 (iki tam onda beş) milyon dollar dəyərində 1,4 (bir tam onda dörd) milyon şüşə şərab və konyak ixrac edilib. Məhsullar Rusiya və Belarusa göndərilib. İxrac etdiyimiz spirtli içkilərin 95%-i şərab, 5%-i konyak olub”.
İXRACINI TƏXMİNƏN İKİ DƏFƏ ARTIRIB
Xəlil İsmayılov əlavə etdi ki, “Abşeron-Şərab” ASC 2017-ci illə müqayisədə 2018-ci ildə ixracını miqdar ifadəsində 2 (iki) dəfə, dəyər ifadəsində isə 70% artırıb:
"1. 2017-ci ildə təxminən 1,5 (bir tam onda beş) milyon dollar dəyərində 895000 (səkkiz yüz doxsan beş min) şüşə şərab və konyak ixrac etmişdik. İxracın ildən ilə artması neçə illər çəkdiyimiz zəhmətin nəticəsidir.
2. Müəssisəmiz 2003-cü ildən mütəmadi olaraq dünyanın bir çox yerində keçirilən sərgilərdə iştirak edir.
3. Aldığımız 6% ixrac təşviqini xarici bazarlarda marketinq və reklam xərclərinin ödənilməsinə yönəldirik.
4. Azərbaycan Respublikasının Prezidenti tərəfindən ixracın stimullaşdırılmasına göstərilən böyük dəstək Azərbaycanda qeyri-neft sektorunda çalışan bütün müəssisələrə böyük kömək oldu. Manatın digər aparıcı valyutalara görə baha olması Azərbaycan məhsullarının digər məhsullara qarşı uduzmasına səbəb olurdu. Devalvasiya nəticəsində Azərbaycan məhsulları xarici bazarlarda rəqabətə davamlı oldu.
Həmçinin, son illər ölkə rəhbərliyi tərəfindən sahibkarlar üçün yaradılan daha əlverişli şərait, Azərbaycanın təbliği, ölkəmizə gələn turistlərin sayının çoxalması da ixracımızın artmasında rol oynayır”.
RUSİYANIN BÖYÜK TİCARƏT ŞƏBƏKƏSİ İƏ MÜQAVİLƏ BAĞLANIB
Xəlil İsmayılov bildirdi ki, 2019-cu ildə ixracın 40-50% civarında artırılması planlaşdırılır. Rusiya bazarında yeni müştəri ilə əlaqənin qurulması bu hədəfə çatılacağına ümid verir:
“Biz 2018-ci ilin sonunda bütün Rusiya ərazisində 12 (on iki) min şöbəsi olan federal ticarət şəbəkəsi (Пятёрочка) ilə müqavilə bağlamışıq. Artıq dekabr ayında birinci sifarişi alaraq məhsullarımızı göndərmişik. Yanvarda ikinci sifarişi qəbul etmişik və davamının olacağını gözləyirik. Rusiya alkoqollu içkilər üzrə ən böyük bazarlardan biridir. Şərablara tələb böyükdür”.
“Abşeron-Şərab”ın Sədri, həmçinin bildirdi ki, zavodun istehsal etdiyi “Sultan”, “Mədrəsə”, “Çinar”, “Ağ Süfrə” şərabları, “Abşeron”, “Bakı”, “Kəpəz”, “Göy-Göl” markalı konyaklar yerli bazar ilə bərabər Rusiya və Belarusda da bəyənilir.
Əsası 1967-ci ildə qoyulmuş Mehdiabad Üzüm Emalı müəssisəsi 2013-cü ildən “AbşeronŞərab” ASC kimi yenidən fəaliyyətə başlamışdır. Müəssisənin illik istehsal gücü 10 (on) milyon şüşədir. Hazırda zavodun istehsal gücünün 40%-dən istifadə olunur. Ölkə daxilində satışların və ixracın artması sayəsində müəssisənin yaxın gələcəkdə tam gücü ilə işləyəcəyi gözlənilir. “Abşeron-Şərab” ASC Amerika və Avropanın ən qabaqcıl şirkətlərinin cihaz və avadanlıqları ilə təchiz olunmuşdur. “Abşeron-Şərab” üzümü yerli istehsalçılardan alır. Gələcəkdə xərclərin azaldılması üçün şirkətə məxsus üzüm sahələrinin salınması da nəzərdə tutulur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
3 gün sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 3 gün sonra
-
- 6 d. əvvəl
-
44 d. əvvəl
Sony gözləntiləri üstələyən mənfəət artımı açıqlayıb, proqnozunu yüksəldib
- 56 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Cahan Holdinq” 2026-cı ildə 340-a yaxın yeni iş yerinin yaradılmasını nəzərdə tutur
- 2 saat əvvəl
-
12 saat əvvəl
"Artıq 6 aydır ki, sülh şəraitində yaşayırıq. Bu, xüsusi bir hissdir"
-
16 saat əvvəl
Bu gün daha 560 ton taxıl Azərbaycandan keçməklə Ermənistana göndəriləcək
- 16 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Azərbaycan şirkəti İraqda tenderlərdə iştirak edir
Bitcoin-in qiyməti son 15 ayın ən aşağı səviyyəsində
“Cahan Holdinq” 2026-cı ildə 340-a yaxın yeni iş yerinin yaradılmasını nəzərdə tutur
Qəhvə qiymətləri son 6 ayın ən aşağı səviyyəsini görüb
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
SpaceX - xAI müqaviləsindən sonra Maskın xalis sərvəti ilk dəfə 850 milyard dolları keçib
"Dedollarizasiya prosesinin sona qədər getməsini istəmirik"
Bank Olmayan Kredit Təşkilatına 17%-lə pul lazımdır - ŞƏRTLƏR
Azərbaycan bankı İslam prinsiplərinə uyğun məhsullarını təqdim edir
























