“Mentor Talks“un spiker və mövzuları elan olundu, bilet satışlarına başlanıldı
Mentor Talks “Menecment” tədbiri mart ayının 3`ü Avropa Azərbaycan Məktəbində (Badamdar filialı) keçiriləcəkdir.
Təcrübəli 7 spikerin çıxış edəcəyi tədbir saat 14:00-dan 18:00-a qədər davam edəcəkdir.
Spikerlər və mövzuları:
Yaqub Rəhimov (7Marketz Group CEO) - İdeyadan Biznesə,
Alper Tunca (Mentoria GLOBAL qurucusu) - A-dan Z-yə Layihə Menecmenti,
Aqil Allahverdiyev (İnsan Resursları üzrə konsultant) - Sadəcə ünsiyyət
Kamran Ağayev (ACE Director) - Səsini dünyaya çatdır!,
Nəsimi Paşayev (HUNER GROUP PR və marketinq director) - PR-ın gücü ilə idarə et!,
Azad Qəhrəmanov (SAT Group şirkətinin direktoru) - Maksimum satış və
Elşən Məhərov (Marketinq menecer) – Azadlıq markanın günəşidir.
Bu dəfəki şüarı “Gələcəyini idarə et!” olan tədbirin məqsədi menecmentin müxtəlif sahələrindən olan spikerlərin öyrədici və ilham verən çıxışları ilə insanları davamlı inkişafa sövq etməkdir.
İştirakçılar tədbirdə, Biznes menecment, Marketinq menecment, Layihə menecmenti, PR menecment, Satış menecmenti, IT menecment, Kommunikasiya menecmenti olmaqla 7 fərqli mövzuda xarici və yerli spikerlərdən məlumatlar almaq, davamlı inkişafa meyilli insanlarla “networking” və ianəli bilet alaraq tədbirin sosial tərəfi olan “Gələcəyini Qur!“ layihəsinin gənclərinə dəstək olma imkanı əldə edəcəklər.
Tədbirdə iştirak etmək istəyənlər təklif olunan Standart (29 AZN) və İanəli (39 AZN) biletlərdən birini seçə bilərlər. İanəli biletin standart biletdən fərqi ondadır ki, həmin bilet məbləğinin 10 AZN’i ilə Gələcəyini Qur! layihəsinin gənclərinə dəstək olunacaqdır.
Onu da qeyd edək ki, bu dəfəki tədbirdə sırf bakalavr pilləsində təhsil alan tələbələr üçün də xüsusi biletlər ayrılıb. Tələbələr üçün nəzərdə tutalan biletlərin qiyməti 20 AZN təşkil edir.
Məlumat üçün qeyd edək ki, tədbirin biletləri artıq satışdadır.
Biletləri əldə etmək üçün:
www.mentor.az saytından qeydiyyatdan keçə, Mentor Talks’un Facebook səhifəsi ilə (https://www.facebook.com/mentor.az/) və ya aşağıdakı nömrə ilə əlaqə saxlaya bilərsiniz:
Mob: (070) 296 64 66
Yerinizi rezerv etməyə tələsin! İndi sifariş edin!
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
- 3 saat əvvəl
-
- 3 saat əvvəl
-
5 saat əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz






















