"Maliyyə qurumları elə də çıxılmaz durumda deyil"

Azərbaycan Mikromaliyyə Assosiasiyası (AMFA) İdarə Heyətinin sədri Süleyman Kələşov, eləcə də AMFA-nın icraçı direktoru Jalə Hacıyeva müsahibə veriblər:
- Azərbaycanda mikromaliyyələşdirmə ilə bağlı mövcud vəziyyət necədir?
S.Kələşov: Bu sahədə vəziyyət ölkənin iqtisadi durumu ilə sıx bağlıdır. Təbii ki, çətinliklər var. Azərbaycan iqtisadiyyatı uzun illər neft sektoru ilə bağlı olub. Mikromaliyyə təşkilatları isə kreditləşmədə üstünlüyü biznes kreditlərinə verib. Neft ucuzlaşandan sonra isə ölkəmizdə müəyyən problemlər yaranıb və qeyri-neft sektorunun əhəmiyyəti artmağa başlayıb. Pambıqçılıq, tütünçülük, baramaçılıq kimi sahələrə ölkə rəhbərliyi səviyyəsində diqqət yetirilir, dəstək verilir. Aydın məsələdir ki, banklar, bank olmayan kredit təşkilatları (BOKT) və kredit ittifaqları da bu prosesdən kənarda qala bilməz. İndi onlar fərdi sahibkarlara daha çox mikrokreditlər verməlidir və tədricən neft gəlirləri dövründəki vəziyyətə qayıtmalıdır. Yəni, maliyyə qurumları elə də çıxılmaz durumda deyil, sadəcə, indi öz fəaliyyətində daha innovativ və yaradıcı olmalı, əməliyyat xərclərinin optimallaşdırılması yolları barədə düşünməlidir.
- AMFA-ya daxil olan maliyyə qurumlarının kredit portfelində azalma varmı?
S.Kələşov: AMFA-nın bütün üzvlərinin kredit portfeli 1 avqust 2016-cı il tarixinə 465,1 mln. manat təşkil edib. Bu, təxminən 370 min müştərini əhatə edir. Konkret olaraq üzvümüz olan BOKT-lar üzrə kredit portfeli isə 203 mln. manat olub. Təbii ki, borc portfeli artmır. Çünki kredit təşkilatları daha çox cəlb etdikləri vəsaitləri geri qaytarmaqla məşğuldur, aktiv kreditləşmə zəifdir. Hazırda BOKT-ların əksəriyyətinin kredit verilməsində çətinlikləri var, yalnız bir neçəsi kreditləşməni müntəzəm olaraq davam etdirir. Bu da milli valyutanın məzənnəsinin zəifləməkdə davam etməsi və manatda olan kredit resurslarının qıtlığı ilə bağldır.
- Mikromaliyyə təşkilatlarından xarici valyutada götürülmüş kreditlər nə dərəcədə normal qaytarılır? BOKT-lar müştərilərinə hansı güzəştləri edir?
S.Kələşov: BOKT-lar dollarla kredit götürmüş müştərilərinə bacardıqca dəstək verir. Borcların bir qismi manata çevrilir, faizlər aşağı salınır, hesablanmış cərimələr silinir, kredit müqavilələrinin müddəti artırılır. Yəni, bütün mümkün addımlar atılır ki, xarici valyutada olan kreditlər qaytarılsın. Hətta kredit təşkilatları bəzən mənfəətdən də əl çəkir. AMFA da bu addımları dəstəkləyir. Amma borclulara bundan da artıq güzəşt edilməsi mümkün deyil. Çünki BOKT-ların özlərinin də xarici investorlar qarşısında valyuta ilə öhdəlikləri var və onlar qaytarılmalıdır.
- Azərbaycanda dolların bahalaşması ödənişlərə necə təsir edir? Vaxtı keçmiş kreditlərin məbləğində artım varmı?
J.Hacıyeva: İlk öncə bunu deyim ki, ödənişlərlə bağlı vəziyyət yaxşılaşmaqdadır. Manatın təkrar devalvasiyasından sonrakı 1 ay ərzində kreditlərin qaytarılması əməlli-başlı səngimişdi. Bəzi BOKT-larda vaxtı keçmiş kreditlərin ümumi kredit portfelində payı 60%-i üstələməşdi. Hazırda isə bu nisbət 20-30% civarındadır. Dolların bahalaşmasına gəlincə isə, kreditlərin bir qismi manata çevrildiyi üçün hazırda onların qaytarılmasına məzənnə dəyişikliyi təsir etmir. Müəyyən qədər dollar kreditlərinin ödənişində gözləmə mövqeyi hiss olunur. Amma kredit təşkilatları daha çox motivasiya ilə, müştərilərə dəstək yolu ilə ödənişləri təmin etməyə, problemli kreditləri azaltmağa çalışır.
- Azərbaycanda əhalinin maliyyə savadlılığının artırılması istiqamətində hansı işlər görürsüz?
J.Hacıyeva: AMFA bununla bağlı son 3 ildə Azərbaycanın 8 bölgəsində təlimlər keçirib. Məqsədimiz odur ki, əhali maliyyə öhdəliklərini daha yaxşı dərk etsin, insanların bununla bağlı məsuliyyət hissi artsın, kredit ödənişlərini müəyyən edilmiş qrafikə uyğun həyata keçirsinlər və onlara edilmiş güzəştlərdən sui-istifadə hallarına yol verməsinlər. Bu cür təlimlər gələcəkdə də olacaq və xüsusi hədəf qrupu olaraq qadın sahibkarların qatılmasına üstünlük veriləcək. Kredit təşkilatlarının özündə də maliyyə intizamının artırılmasına ehtiyac var. Məsələn, Assosiasiya olaraq yığımların stimullaşdırılması ilə bağlı BOKT-lara proqram təqdim etmişik ki, onlar bununla öz təşkilatında institusional diaqnostik qiymətləndirməsini aparsın, öz siyasət və prosedurlarını beynəlxalq müştəri mühafizəsi prinsiplərinə uyğun qursun. Artıq 4 təşkilat bu cür qiymətləndirməni həyata keçirib. Bundan başqa, Assosiasiyanın xətti ilə BOKT-lara konsaltinq xidməti göstərilir ki, onlar kollektor işini düzgün təşkil etsin, kredit verənlə problemli borcları yığanların işi bir-birindən ayrılsın. Bu konsaltinq xidmətindən 2 üzv təşkilatı istifadə edib.
- AMFA-nın ölkədə fərdi sahibkarların sayının artması ilə bağlı hansı planları var?
J.Hacıyeva: Bununla bağlı “Biznesini başla və inkişaf etdir” adlı təlimlər keçirmək ərəfəsindəyik. Hazırda bu məqsədlə əsasən sərhədyanı bölgələr seçilir. Məqsədimiz Azərbaycanda sahibkarlığın inkişafına dəstək vermək, yeni nəsil iş adamlarının yetişməsinə nail olmaqdır.
- BOKT-ların Azərbaycanda yaradılması gözlənilən ilk özəl kredit bürosundan gözləntiləri nədir?
J.Hacıyeva: Təbii ki, Mərkəzləşdirilmiş Kredit Reyestri (MKR) Xidmətinin məlumatları ilə müqayisədə kredit bürosu daha geniş çeşidli məlumatlar təqdim edəcək. Hazırda BOKT-lar yalnız müştəri və onun zamini barədə kredit tarixçəsini əldə edə bilir. Amma kredit bürosunun sayəsində onlar, məsələn, hansısa rayonda adambaşına nə qədər kredit düşdüyünü və yaxud çarpaz kreditləşmə nisbətini, yəni bir bölgədə eyni adamın orta hesabla neçə kredit təşkilatına borclu olduğunu öyrənə biləcək. Bu da BOKT-lar üçün çox vacib məlumatdır, onların öz işini plaşdırmasında, hansısa bölgədə filial açıb-açmamaqla bağlı qərar verməsində mühüm rol oynayır.
©Report
Müştərilərin xəbərləri

ABB-İnvest və Bank of Baku-dan yeni investisiya imkanı: İllik 13% gəlirliliklə istiqrazlar artıq ABB mobile tətbiqində!
SON XƏBƏRLƏR
-
1 həftə sonra
Yeni investisiya imkanı: İllik 13% gəlirliliklə istiqrazlar artıq ABB mobile tətbiqində!
- 4 gün sonra
-
17 d. əvvəl
Avropanın süni intellekt nəhənginə 1,3 milyard avroluq yatırım
-
-
23 d. əvvəl
Zəngəzur dəhlizinin Azərbaycan ərazisində tikinti işləri gələn il tamamlanacaq
-
33 d. əvvəl
Bakı metrosunda üztanıma ilə ödəniş sisteminin tətbiqi müzakirə olunur
-
1 saat əvvəl
BOKT-a borcunu ödəmək üçün illik 15 faizlə 4 milyon 750 min manat pul lazımdır
- 1 saat əvvəl
-
1 saat əvvəl
DSMF-nin gəlirləri 307 milyon manat, xərcləri 405 milyon manat daha çox olub
-
1 saat əvvəl
Dollar dəyər itirməyə davam edir - QLOBAL BİRJALARDA SON VƏZİYYƏT
-
1 saat əvvəl
Azərbaycanla Çinin Ningbo limanı arasında əməkdaşlıq üçün işçi qrupu yaradılacaq
-
2 saat əvvəl
8 ayda dövlət büdcəsindən 202 milyon manatdan çox vəsait geri qaytarılıb
- 2 saat əvvəl
Son Xəbərlər

Yeni investisiya imkanı: İllik 13% gəlirliliklə istiqrazlar artıq ABB mobile tətbiqində!

Avropanın süni intellekt nəhənginə 1,3 milyard avroluq yatırım


Cari ildə 320 minə yaxın ASAN İmza sertifikatı verilib

Dollar dəyər itirməyə davam edir - QLOBAL BİRJALARDA SON VƏZİYYƏT
Ən çox oxunanlar

“Azərpoçt” Kəlbəcərdə fəaliyyət göstərməyə başlayıb

22 bankdan 15-i yeni nəsil rəqəmsal imza olan SİMA-nı tətbiq edib

Azərbaycanda ən çox sürülən avtomobillər - YENİ SİYAHI

Azərbaycan neftinin son qiyməti

3 il ərzində Azərbaycanda motosikllərin sayı 2 dəfədən çox artaraq 10 min ədədi keçib

Rəsmi məzənnələr açıqlandı
