Yüksək Texnologiyalar Parkında zirehli jiletlər və aksesuarlar istehsal olunacaq
AMEA-nın Yüksək Texnologiyalar Parkının (YT Park) rezidenti “Buta Armor” şirkəti tərəfindən zirehli jiletlərin və aksesuarların istehsalı ilə əlaqədar müzakirələr aparılıb.
AMEA-dan bildirilib ki, YT Parkın direktoru, iqtisad üzrə fəlsəfə doktoru Nazim Şükürov 2018-ci il oktyabrın 22-də Nazirlər Kabineti tərəfindən “AMEA Yüksək Texnologiyalar Parkı” MMC-yə zirehli jiletlərin və aksesuarların istehsalı ilə məşğul olmağa xüsusi icazə verildiyini bildirib.
İclasda məlumat verilib ki, istehsal sahəsinin və ofis binasının eskiz layihəsi, habelə şəhərsalma və tikintiyə dair normativ sənədlər sisteminə daxil olan ərazi planlaşdırılması, eləcə də şəhərsalma əsaslandırılması Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin “Azərdövlətlayihə” Dövlət Baş Layihə İnstitutu tərəfindən hazırlanıb. Sənədlər toplusu Bakı Şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsi ilə razılaşdırılmaqla Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən qısa müddətdə təsdiqlənib. Beləliklə, istehsal sahəsinin inşası prosesi ilə bağlı bütün təşkilati işlər tamamlanıb.
Bu, AMEA alimlərinin respublikanın hərbi və müdafiə qüdrətinin yüksəldilməsinə yönələn davamlı töhfələrindəndir. Burada istehsal olunacaq zirehli jiletlər qoruma keyfiyyətinə görə dünyada üçüncü, Avropada isə birinci yerdədir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
14 d. əvvəl
İnternetin yüksək, orta və aşağı sürətdə olduğu provayderlər - SİYAHI
-
-
39 d. əvvəl
Azərbaycanın avtomobil istehsalı sektoru 2025-ci ili tənəzzül ilə başa vurub
- 40 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycanda sement istehsalı cüzi artıb - Tikinti materiallarının istehsalı azalıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Rəsmi məlumata görə, Azərbaycan əhalisinin 45,6 faizini kənd sakinləri təşkil edir
-
2 saat əvvəl
Ötən il dövlət büdcəsinin icrasında 528 milyon manatlıq artıqlıq yaranıb
-
2 saat əvvəl
ABB-nin ipoteka krediti ilə “Gəncə Park City”-də mənzil sahibi olun! - ŞƏRTLƏR
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Bakıda 3 dərəcə şaxta olacaq
İlham Əliyev İsveçrədə səfərdədir
Azərbaycanda doğum azalıb, ölüm artıb
Ən çox oxunanlar
"Ziraat Bank Azərbaycan"ın kredit portfelində güclü artım
Yanvarın 20-də gözlənilən hava şəraiti
Milyarderlerin sərvəti rekord qırıb, bərabərsizlik dərinləşib




























