Honda-nın İngiltərə və Türkiyədən çıxacağı iddia edilir
Yapon avtomobil nəhəngi "Honda Motor Co"nın İngiltərə və Türkiyədən çıxacağı iddia edilir
"Wall Street Journal"ın xəbərinə görə Yaponiyanın avtomobil istehsalçısı "Honda Motor Co", qlobal satışlardakı azalma səbəbilə İngiltərə və Türkiyədəki istehsalını Yaponiyaya köçürməyə qərar verib.
"Brexit" tərəfdarı bir bölgə olan Swindon-da olan zavodun bağlanacağına dair məlumat, yerli rəsmi Justin Tomlinson tərəfindən təsdiqlənib.
İngiltərədə avtomobil istehsalı sektorunun tənəzzüldə olduğunun vurğulayan Tomlinson, "Bunun Brexit deyil, qlobal trendlərləəlaqədar olduğunu" deyib. Tomlinsonun açıqlamasına görə Honda-nin zavodu 2021 - 2022-də bağlanacaq.
Honda, "Brexit"in gedərək yaxınlaşması ilə İngiltərədən çıxan son avtomobil qrupu olacaq. Swindon-dakı zavodda hazırda 3500 nəfər çalışır, tədarük zəncirində isə minlərlə adam işləyir. Honda 1992-dən bu yana işlətdiyi təsisdə keçən il təxminən 160 min avtomobil istehsal edib.
Bu ayın əvvəlində "Nissan Motor Co", Brexit-ə işarə edərək yeni nəsil X-Trail SUV avtomobillərinin İngiltərədə istehsalından imtina etdiyini açıqlamışdı.
"Tata Motors Ltd"yə aid "Jaguar Land Rover" da, böyük əksəriyyəti İngiltərədə olmaqla 4500 nəfəri işdən çıxaracağını açıqlamışdır.
HONDA-DAN AÇIQLAMA
Honda tərəfindən açıqlama yayılıb. Açıqlamaya görə, şirkət 2021-də Türkiyədə "Civic Sedan" istehsalını dayandıracaq. Şirkət "Honda Türkiye A.Ş"nin illik 38.000 avtomobil istehsal etdiyini, Türkiyədəki əməliyyatlarına davam etmək niyyətində olduğunu qeyd edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
- 2 d. əvvəl
-
- 7 d. əvvəl
-
10 d. əvvəl
2025-ci ildə fermerlərə dəymiş zərərə görə 9 milyon manatdan çox sığorta ödənişi edilib
- 43 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Dövriyyədə olan nağd pulun və bank ehtiyatlarının cəmi məbləği açıqlandı
-
1 saat əvvəl
Mərkəzi Bank rəsmi valyuta ehtiyatlarının daha da artdığını açıqladı - MƏBLƏĞ
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
“Azərlotereya”da yeni təyinat
Azərbaycan neftinin son qiyməti
Tramp: Venesuela ABŞ-yə 30–50 milyon barel neft verəcək
Ən çox oxunanlar
Bakı metrosunda diferensial tarif modellərinin tətbiqi və subsidiya asılılığının azaldılması planlaşdırılır
Rəsmi məzənnələr açıqlandı
Qızıl Balıqartırma Zavodu ASC-dən MMC-yə çevrilib
Dövlət şirkəti 35 milyon manat kredit cəlb edib
Siqaret qaçaqmalçılığı üzrə daha bir nəfər saxlanılıb
Bank filialı üçün mebel alır - TENDER






















