“Manatın ucuzlaşmasını istəyirik”
Azərbaycanın ixrac ilə məşğul olan istehsalçıları Manatın ucuzlaşmasının tərəfdarıdırlar. Onlar hesab edirlər ki, Dolların bir qədər bahalaşması qeyri-neft sektoru ixaracının artmasına dəstək olar.
Sahibkarlar bu barədə danışırlar, amma adlarının mətbuatda çəkilməsini istəmirlər.
Azərbaycanın iri şərəb istehsalçısı və ixracatçısının rəhbəri “Marja”ya bildirdi ki, son devalvasiyalar ixraca dəstək olub. Lakin 2017-ci ildən başlayaraq Dolların 1.70 manat səviyyəsində sabit qalması, rəqib ölkələrin milli valyutalarının isə “üzməsi”, Azərbaycan məhsulunu bahalı edir:
“2016-cı ildən əvvəl dollar bizdə ucuz idi və bu səbəbdən Azərbaycan məhsullarının xarici bazarlarda qiymətləri baha olurdu. Dolların bahalaşması ixracın artmasına müsbət təsir etdi. Dolların Manat qarşısında bir qədər də bahalaşması ixracımınz artmasına kömək ola bilər. Xarici bazarlarda bizə rəqib olan ölkələrin milli valyutaları Dollar qarşısında dəyər itirdiyindən, həmin ölkələrin məhsullarının rəqabət qabiliyyətləri artıb. Güclü yerli valyuta ixracatçılar üçün sərfəli deyil”.
Azərbaycanın iri mebel istehsalçısının rəhbəri də “Marja”ya bildirdi ki, Azərbaycan Manatının sabit qalması, qonşu ölkələrin milli valyutalarının isə ucuzlaşması həm Azərbaycan bazarına xarici mebellərin ucuz daxil olmasına səbəb olur, həm də ixracı sərfəsiz edir.
Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankı 2019-cu ildə və ortamüddətli dövrdə (3 il) Dollar/Manat məzənnəsinin sabit qalacağını bəyan edib. Mərkəzi Bankın sədri Elman Rüstəmov növbəti devalvasiyanın olacağı barədə iddialara münasibət bildirərək deyib ki, bu söz-söhbətlər qeyri-ciddidir.
İXRAC MİSSİYALARI, TƏŞVİQ, SƏRGİLƏRDƏ İŞTİRAK = 151 MİLYON DOLLARLIQ ARTIM
İxrac missiyalarına, xarici sərgilərdə iştiraka, ixrac təşviqinə, ticarət evlərinin açılmasına və digər dövlət dəstəklərinə baxmayaraq qeyri-neft məhsulları ixracı kəskin artmır. Əksinə, qeyri-neft məhsulları ixracının artım sürəti 2 dəfə aşağı düşüb.
Dövlət Gömrük Komitəsinin məlumatlarına görə, 2018-ci ildə ölkədən 1 milyard 689,2 milyon dollar dəyərində qeyri-neft məhsulları ixrac edilmişdir ki, bu da 2017-ci ilə nisbətən faktiki qiymətlərlə 9,8 faiz, real ifadədə isə 1,0 faiz çoxdur. Real ifadədə artımın cüzi olması ixrac olunan qeyri-neft məhsullarının miqdarının aşağı düşdüyünə işarədir.
2017-ci ildə 1 milyard 538,4 milyon dollar dəyərində qeyri-neft məhsulları ixrac edilmişdi ki, bu da 2016-cı ilə nisbətən faktiki qiymətlərlə 24,4 faiz, real ifadədə isə 22,2 faiz çox idi.
Qısası, 2017-ci illə müqayisədə 2018-ci ildə qeyri-neft məhsullarının ixracı pul ifadəsində cəmi 150,8 milyon dollar artıb.
2016-cı ildə qeyri-neft məhsullarının ixracı 2015-ci ilə nisbətən 16,4 faiz azalaraq 1 milyard 237,1 milyon dollar təşkil etmişdi.
Devalvasiyalardan sonra qeyri-neft məhsulları ixracının dəfələrlə artacağı ümid edilirdi. Bir ildə qeyri-neft məhsulları ixracının cəmi 150,8 milyon dollar artması qənaətbəxş deyil. Rəqəmlər göstərilir ki, həyata keçirilən tədbirlər hələlik effektli deyil. Ekspertlər hesab edirlər ki, markalaşma və qlobal brendlər ilə birgə istehsal olmadan böyük həcmlərdə ixraca nail olmaq çətin olacaqdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
- 8 d. əvvəl
-
22 d. əvvəl
“Kəpəz”in xalis kredit portfeli və xalis mənfəəti 14 faizdən çox artıb
- 39 d. əvvəl
-
44 d. əvvəl
Bank olmayan kredit təşkilatları sektoru zərərdən mənfəətə keçib
-
56 d. əvvəl
Tramp növbəti dəfə İranı hədələdi: Artıq o yaxşı adam yoxdur
- 59 d. əvvəl
-
1 saat əvvəl
Ölkədaxili nağdsız əməliyyatların həcmi kəskin artıb - 3 AYDA 9,6 MİLYARD MANATLIQ ÖDƏNİŞ
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycan bankı 230 milyon dollarlıq yeni sindikativ kredit cəlb etdi
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 14 GÜN
Azərbaycanın qiymətli kağızlar bazarı 27 %-dən çox kiçilib
Tramp növbəti dəfə İranı hədələdi: Artıq o yaxşı adam yoxdur
Aprelin 30-da gözlənilən hava şəraiti
Ölkədaxili nağdsız əməliyyatların həcmi kəskin artıb - 3 AYDA 9,6 MİLYARD MANATLIQ ÖDƏNİŞ
Bankların kredit portfelinin artım tempi cüzi sürətlənib
Bakıda İnnovasiya Mərkəzinin yaradılmasına dair memorandum imzalanıb
Ödəniş kartlarının sayı martda 62 min ədəd artıb
Mərkəzdə mənzil sahibi olmaq istəyənlər üçün böyük fürsət – Nizami City - Foto-Video
Azərbaycanın bank sektorunda xalis mənfəət kəskin artıb












.jpg)





