Azərbaycan Beynəlxalq Valyuta Fondunun standartını tətbiq etdi
Azərbaycan Beynəlxalq Valyuta Fondunun (BMF) “Ümumi Məlumatların Yayılması Sisteminin (Enhanced Data Dissemination Systemi E-GDDS)” tövsiyələrini həyata keçirib. Bu barədə rəsmi məlumat yayan BVF-in internet səhifəsində “Ölkə üzrə Məlumatlar Məcmusunda” (National Summary Data Page-NSDP) Azərbaycan üzrə mühüm statistik məlumatlar dərc edilib.
Qeyd edək ki, E-GDDS Beynəlxalq Valyuta Fondu tərəfindən 2015-ci ildə təsis edilib və statistik məlumatların şəffaflığının təkmilləşdirilməsi, statistikanın inkişafının təşviq edilməsi və yayılan məlumatların istifadəyə yararlılığının təmin edilməsi məqsədini daşıyır.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) analitiki Vüsalə Cəfərova bildirib ki, “Ölkə üzrə Məlumatlar Məcmusunda”, milli hesablar, monetar və fiskal sektor, tədiyyə balansı və digər sahələr üzrə əsas makroiqtisadi məlumatların birbaşa olaraq bir mənbədən əldə edilməsini təmin etməklə “bir pəncərə məlumat portalı” funksiyasını yerinə yetirir: “NSDP Azərbaycan Dövlət Statistika Komitəsinin internet səhifəsində nəşr olunmaqla BVF-nin “Statistik Məlumatların Yayımlanması Standartları Bülleteni” arasında birbaşa əlaqəni təmin edir. NSDP Statistik Məlumatlar Bazası və Metadata Mübadiləsindən istifadə etməklə Maliyyə Nazirliyi, Dövlət Statistika Komitəsi və Azərbaycan Mərkəzi Bankı tərəfindən dərc olunan statistikalara dair istinadları təmin edir. NSDP vasitəsilə zəruri makroiqtisadi məlumatların dərc edilməsi investorlar və reytinq agentlikləri də daxil olmaqla yerli və xarici istifadəçilərin maraqlarına uyğundur. Bu sistem iqtisadi vəziyyət və iqtisadi siyasəti izləmək üçün əhəmiyyətli məlumatlara asanlıqla daxil olmağa imkan verəcəkdir. Bu məlumatlar həm insan, həm də xüsusi maşınlar tərəfindən oxunula bilən formatlarda asanlıqla əldə edilir, istifadəçilərə vaxtında məlumatların əldə edilməsinə və məlumatların şəffaflığının artırılmasına imkan verir.”
BVF-nin Statistika Departamentinin Direktoru Luis Mark Duşarme Azərbaycanda statistikanın inkişafında bu addımın mühüm əhəmiyyət daşıdığını qeyd edib. O bildirib ki, "Əminəm ki, Azərbaycan statistika sisteminin daha da inkişaf etdirilməsi üçün e-GDDS-dən bir çərçivə kimi istifadə edəcəkdir".
Vüsalə Cəfərova əlavə edib ki, bu islahat Prezident Ilham Əliyevin 13 iyul 2016-ci il tarixli “Azərbaycan Respublikasında biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamının icrası istiqamətində atılmış əhəmiyyətli addımdır.
Ətraflı məlumatla təqdim edilən link vasitəsi ilə tanış olmaq mümkündür: https://bit.ly/2EuRkNJ
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
- 5 saat əvvəl
-
- 5 saat əvvəl
-
6 saat əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz
























