Məzənnə dəyişikliyi nəticəsində kreditlər üzrə manatla əlavə ödənilən vəsait geri qaytarılacaq
"Valyuatada alınmış kreditlərin manat ekvivalentində yükü 0,78 AZN/USD məzənnə ilə necə idisə, həmin səviyyəyə enəcək. Əhalinin borc yükünün 0,78 AZN/USD məzənnə ilə alınmış kreditlər bu gün də qalırsa, 2 dəfəyə yaxın azaldılmasıdır. Bu, əhəmiyyətli dövlət dəstəyidir.”
Bu barədə Azərbaycan Mərkəzi Bankının icraçı direktoru Rəşad Orucov "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin fərmanını şərh edərkən bildirib.
O qeyd edib ki, ölkə Prezidentinin bu fərmanı son dövrdə əhalinin sosial müdafiəsinin daha da yaxşılaşdırılması istiqamətində atılan növbəti addımlardan biridir.
“Əhalinin müəyyən qrupunun problemli kreditləri mövcud idi və bu, əhalini narahat edən ən ciddi məslələrdən biri idi. Prezident İlham Əliyev bu gün bu məsələnin həlli ilə bağlı əlavə tədbirlər haqqında fərman imzaladı. Bu fərmanla nəzərdə tutulan tədbirlər Azərbaycan Prezidentinin müşavirədə qeyd etdiyi kimi unikal tədbirdir. Oxşar təcrübəni digər ölkələrin təcrübəsində görmək çox çətindir. Prezidentin qeyd etdiyi kimi bu istiqmətdə Azərbaycan öz liderliyini göstərir”.
Onun sözlərinə görə, bütövlükdə bu fərman əhalinin narahat olduğu iki məsələnin həllinə yönəlib: “Fərmanın birinci hissəsi xarici valyutada alınmış kreditlər və məzənnə dəyişikliyi nəticəsində bu xarici valyutada alınmış kreditlərin manat ekvivalentində həcminin artmış hissəsi ilə bağlı məsələlərə həsr olunub. Burada xarici valyutada məbləği 10 min dollaradək, yəni əsas borc üzrə qalıq məbləği 10 min dollaradək olan kreditlərdən söhbət gedir. Bildiyiniz kimi, məzənnə üzrə əsas dəyişikliklər iki tarixdə baş verib- 21 fevral və 21 dekabr 2015-ci ildə. Fərmanda nəzərə tutulur ki, həm 21 fevralda, həm də 21 dekabrda baş vermiş məzənnə dəyişiklikləri nəticəsində manat ekvivalentində borc yükü artmış kreditlər tənzimlənsin.
Deyək ki, 21 fevral tarixindən əvvəl götürülümüş kredit üzrə vətəndaşın 21 fevral tarixinə valyutada qalığı 10 min dollaradək olan krediti mövcud idisə, bu manatla 21 fevraldan əvvəl 7 800 manat edirdi, həmin tarixdə məzənnə dəyişiyi üçün bu manat ekvivalentində 10 min dollar 10 min 500 manat oldu. Aradakı fərq, manat ekvivalentində 10 min dolların yükü 2 700 manata yaxın artmışdı. Əgər kredit 21 dekabradək bağlanıbsa, bu o deməkdir ki, vətəndaşın manatla əlavə ödədiyi vəsait 2 700 manat olub. Fərmanla nəzərədə tutulan odur ki, bu əlavə artmış yükün hamısı vətəndaşa geri qaytarılacaq.
21 dekabr 2015-ci ildə məzənnə bir daha dəyişdi. 1,05 AZN/USD-dən 1,55 AZN/USD-yə yüksəldi. Əgər vətəndaş 21 dekabr tarixinədək krediti bağlaya bilməyibsə və bu 10 min dollardan artıq heç nə ödəməmişdisə, manat ekvalenti ilə borcun yükü artıq 15 min 500 manat oldu. Fərmanla nəzərdə tutulub ki, əgər kredit bağlanılıbsa, artıq bu zaman 7 800 ilkin məbləğlə 15 min 500 manat arasında fərq vətəndaşlara geri ödəniləcək. Əgər bu gün həmin kredit bağlanmayıbsa, bank qarşısında bu şəxslərin borcları varsa, aradakı fərq qədər dövlət banklarda əhalinin olan borclarının azaldılması üçün əhalinin əvəzinə ödəniş edəcək".
Müştərilərin xəbərləri
Bir sıra bankların müştərilərinin hesablarından vəsaitlərin təkrar silinməsi məsələsilə bağlı yeni məlumat
SON XƏBƏRLƏR
- 5 gün sonra
-
1 saat əvvəl
Dubayda əmlak almaq üçün yeni fürsət: Bakıdan xüsusi təqdimat keçiriləcək
- 1 saat əvvəl
-
-
2 saat əvvəl
Dünya bazarında neft daha da ucuzlaşdı - QİYMƏTİ 4 FAİZDƏN ÇOX DÜŞÜDÜ
-
2 saat əvvəl
Qızıl daha da ucuzlaşdı - QİYMƏTİ 4000 DOLLARDAN DA AŞAĞI DÜŞDÜ
- 3 saat əvvəl
- 5 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Bəzi bank müştərilərinin kart hesablarında yaranan problemə aydınlıq gətirildi
-
6 saat əvvəl
Sığorta bazarında böyümə könüllü sığortalar hesabına baş verib
- 6 saat əvvəl
- 6 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Yayda pul qazanmaq istəyən TƏLƏBƏLƏR işə dəvət olunurlar
Bir sıra bankların müştərilərinin hesablarından vəsaitlərin təkrar silinməsi məsələsilə bağlı yeni məlumat
Azərikard Prosessinq Mərkəzinin AÇIQLAMASI
Ən çox oxunanlar
Sığorta bazarında böyümə könüllü sığortalar hesabına baş verib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Kredit sığortasında 50 faizdən çox artım var
Mənzillər münasib şərtlərlə -770 AZN-dən başlayan aylıq ödəniş!
PAŞA Bank səhmlərinin ilkin kütləvi təklifinə həsr olunmuş “Açılış Zəngi” keçirilib
Azərbaycanın sığorta bazarı cüzi artıb


























