“Youth Inc.” və “eazi START” arasında memorandum imzalanıb
Azərbaycan-Fransız Universitetində (UFAZ) keçirilən tədbirdə “Youth Inc.” Sahibkarlıq Proqramı və Azərbaycan Dövlət Neft və Sənaye Universitetində fəaliyyət göstərən “eazi START” Startap və İnnovasiya Mərkəzi arasında qarşılıqlı tərəfdaşlıq və əməkdaşlıq memorandumu imzalanıb.
"Youth Inc."ın İctimaiyyətlə Əlaqələr üzrə Meneceri Sahib Gülməmmədovun "Marja"ya verdiyi məlumata görə, imzalanan memorandum “New Generation” layihəsi çərçivəsində hər iki mərkəzdə fəaliyyət göstərən startap komandalarının, tədris və praktiki metodikalarının qarşılıqlı mübadiləsi və inkişafı üçün nəzərdə tutulub.
Tədbirdə açılış mərasimində çıxış edən Azərbaycan-Fransız Universitetinin direktoru dos. Vazeh Əsgərov tədbir iştirakçılarını salamlayaraq, UFAZ haqqında məlumat verərək, imkanlardan bəhs edib. Bundan əlavə Vazeh bəy çıxışında memorandum imzalayan hər iki mərkəzin startap ekosisteminə dəstəyindən bəhs edərək memorandumun uğurlu olmasını arzulayıb. Həmçinin təlimdə iştirak edəcək yeni nəsil sahibkarlara da fəaliyyətlərində uğurlar arzulayıb.
“Youth Inc.” Sahibkarlıq Proqramının kordinatoru Zaur Ünsizadə çıxış edərək “Yeni Nəsil” layihəsi, mərhələləri yaxın müddətdə fəaliyyətə başlayacaq mentorinq mərhələsi haqqında məlumat verərək, imzalanan memorandumun uzunmüddətli planlaşdırılan əməkdaşlıq üçün uğurlu olmasını arzulayıb.
Həmçinin tədbirdə Azərbaycan-Fransız Universiteti “New Generation” layihəsi çərçivəsində göstərdikləri dəstəyə görə təşəkkürnamə ilə təltif edilib. Tədbirin ikinci hissəsində 200-dən çox gənc, təlimçi Səbinə Rəhimova tərəfindən keçirilən “İdeya Generasiyası” təlimində iştirak edib.
Qeyd edək ki, “Youth Inc.” Sahibkarlıq Proqramı 2012-ci ildən fəaliyyətə başlayaraq, 2015-ci ildən Biznes İnkubasiya Mərkəzi ilə xidmət göstərir. Fəaliyyəti dövründə “Youth Inc.” tərəfindən 16 startap fəaliyyətə başlamış, 34 biznesə dəstək göstərilmiş, 200-dən çox iş imkanı yaradılmış və ümumilikdə 8000-dən çox gənc əhatə edilmişdir. “New Generation” layihəsi “Youth Inc.” Sahibkarlıq Proqramı çərçivəsində “Coca-Cola Foundation”-un dəstəyi, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin dövlət tərəfdaşlığı ilə 2018-ci ildə həyata keçirilməyə başlayaraq ölkə miqyasında 4 iqtisadi regionu əhatə edir. Layihənin əsas məqsədi ölkə ərazisində gəncləri sahibkarlığa cəlb həvəsəndirmək və mövcüd biznes ideyaları daha da inkişaf etdirərək startap ekosisteminə qoşmaqdır. 1 il davam edəcək “New Generation” layihəsi Abşeron, Quba-Xaçmaz, Gəncə-Qazax və Şəki-Zaqatala iqtisadi regionlarında icra olunur. Layihəyə qoşulan gənc sahibkarlar ümumilikdə 4 mərhələdən keçəcək.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
- 11 saat əvvəl
-
- 12 saat əvvəl
-
13 saat əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz

























