"AtaBank" kommunikasiya kanallarının sayını artırır!
(®) "AtaBank" müştərilərinin rahatlığını düşünərək yeni "Telegram" kommunikasiya kanalını istifadə üçün təqdim edib.
Artıq "Telegram" istifadəçiləri birbaşa "AtaBank"a müraciət edərək istənilən məlumatı operativ əldə edə bilərlər. Bunun üçün yalnız "AtaBank"ın "Telegram" əlavəsinə bağlı olan 050 99 99 136 telefon nömrəsinə yazmaq kifayətdir.
Müasir dövrümüzdə insanlar zamanlarına qənaət etmək üçün ən asan və ən rahat vasitələrdən istifadə etməyə üstünlük verirlər və bu məqsədlə "AtaBank" müştərilərinə hər zaman online müraciət edə bilmələri üçün müxtəlif imkanlar yaradır.
Hazırda müştərilər banka həm sosial şəbəkələr, həm də yeni istifadəyə verilmiş Telegram kanalından istifadə edərək müraciət edə bilərlər. Bankın əməkdaşları istənilən kommunikasiya kanalından daxil olan müraciətləri cəmi bir neçə saniyə ərzində cavablandıraraq müştərilərə vaxtında köməklik göstərməyə hər zaman hazırdırlar.
Bankın xidmət və məhsulları haqqında daha ətraflı öyrənmək istəyən şəxslər 136 qaynar xəttinə zəng vura və ya bankın yeni internet səhifəsini ziyarət edə bilərlər - https://atabank.com/az/
25 ildən artıq fəaliyyət göstərən “AtaBank” ASC müasir və universal Azərbaycan bankıdır. Bank Bakıda və ölkənin müxtəlif regionlarında korporativ və fərdi müştərilərə tam xidmətlər spektrini təqdim edir.
Müştərilərin xəbərləri
ABV və Hikvision tərəfdaşlığı ilə LED, rəqəmsal və interaktiv ekran həlləri Azərbaycan bazarında - FOTOLAR
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
5 saat əvvəl
Aqrar Sığorta Fondunun idarəedici şirkətinin aktivləri azalıb
- 5 saat əvvəl
-
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
6 saat əvvəl
“Xalq Sığorta”nın mənfəəti artıb – şirkət 2025-ci ili 6 milyon manatdan çox qazanc ilə tamamlayıb
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
8 saat əvvəl
Azərbaycan Banklar Assosiasiyasının nümayəndə heyəti Yaponiyada işgüzar səfərdə olub
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
Aqrar Sığorta Fondunun idarəedici şirkətinin aktivləri azalıb
“Meqa Həyat Sığorta”nın xalis mənfəəti 2,5 dəfə artıb
“Atəşgah Həyat Sığorta”nın mənfəəti artıb
“Xalq Sığorta”nın mənfəəti artıb – şirkət 2025-ci ili 6 milyon manatdan çox qazanc ilə tamamlayıb
“A-Qrup Sığorta”nın xalis mənfəət 7 dəfə artıb
"Atəşgah Sığorta" 2025-ci ili xalis mənfəətlə başa vurub
Ən çox oxunanlar
"İpək Yolu Sığorta"nın xalis mənfəəti 44 %-ə yaxın azalıb
"Azərbaycan Sənaye Sığorta" mənfəətdən zərərə keçib
Azərbaycan Banklar Assosiasiyasının nümayəndə heyəti Yaponiyada işgüzar səfərdə olub
Ələtdə data mərkəzin yaradılması müzakirə edilib - “Haimaker”in direktoru ilə görüş keçirilib
ABV və Hikvision tərəfdaşlığı ilə LED, rəqəmsal və interaktiv ekran həlləri Azərbaycan bazarında - FOTOLAR
"Qala Həyat Sığorta"nın xalis mənfəəti 21 faiz artıb
"Meqa Sığorta"nın xalis mənfəəti artıb
SOCAR-ın prezidenti “ITOCHU”nun baş əməliyyat direktoru ilə görüşüb



















