“Artıq “AccessBank” minimal kapital tələbinə cavab verəcək”
“AccessBank”ın nizamanmə kapitalının 118.5 milyon manat artırılaraq 258 milyon manata çatdırılması nəticəsində Bankın məcmu kapitalı 70 milyon manat civarına yüksələcəkdir.
Bunu “Marja”ya “AccessBank”ın İdarə Heyətinin sədri Anar Həsənov bildirib.
“118.5 milyon manat əlavə kapitalın bir hissəsi ehtiyatların yaradılmasına yönəldiləcəkdir. Buna baxmayaraq, artıq “AccessBank”ın məcmu kapitalı minimal tələb olan 50 milyon manatı ötəcək və təxminən 70 milyon manat civarına yüksələcəkdir”,- Bankın sədri deyib.
Xatırladaq ki, 2018-ci ilin sonunda “AccessBank”ın məcmu kapitalı 30 milyon 85 min manat olub.
Yeni səhmdarların banka qoşulmasına toxunan Anar Həsənov bildirib: "AccessBank yalnız əlavə kapital hesabına deyil, o cümlədən Avropa İttifaqının, İsveçrənin, Avstriyanın, Niderland Krallığının və Asiya İnkişaf Bankının üzvü olan bütün ölkələrin maraqlarını təmsil edən yeni səhmdarların peyda olunması ilə güclənir".
Xəbər verdiyimiz kimi, “AccessBank”ın 6 səhmdarından 3-ü paylarını satıb. Eyni zamanda, “AccessBank”ın nizamanamə kapitalının 118,5 milyon manat artırılması hesabına yeni səhmdarlar cəlb edilib. 118.5 milyon manat bankın nizamnamə kapitalının artırılmasına yönəldikdən sonra səhmdar kapitalı 140 milyon manatdan 258 milyon manata qalxıb:
Səhmdarların yeni pay bölgüsü aşağıdakı kimidir:
- Asiya İnkişaf Bankı - 19.90%;
- Avropa İnvestisiya Bankı - 17.39%;
- Beynəlxalq Maliyyə Korporasiyası - 16.56%;
- responsAbility tərəfindən odarə edilən investisiya fondları:
responsAbility SICAV (Lux) - 2.91%
responsAbility Management Company S.A. - 7.11%
- Hollandiya İnkişaf Bankı (FMO) - 9.41%;
- Avstriya İnkişaf Bankı - 9.17%;
- SIFEM AG - 8.89%;
- EFSE - 2.78%
- Symbiotics SICAV (Lux.) - 2.27%
- GGF - 1.77%
- LFS Advisory GmbH - 1.27%
- Qara Dəniz Ticarət və İnkişaf Bankı - 0.58%
Qeyd edək ki, yeni səhmdar strukturunun formalaşmasındakı əməliyyatlar üzrə "AccessBank" "İnvestAZ" İnvestisiya Şirkəti ilə əməkdaşlıq etmişdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
8 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 8 saat əvvəl
- 9 saat əvvəl
-
10 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 10 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)












.jpg)





