"Biri deyir mənim “1 milyonluq”, biri deyir “500 minlik” malım var idi. Halal olun"
“Prezidentin tapşırığı ilə hər birinizə dəymiş ziyan dövlət tərəfindən ödəniləcəkdir”
“Marja” xəbər verir ki, bunu "Diqlas" Ticarət Mərkəzində yanğında zərərçəkən icarədarlar ilə növbəti görüşdə Prezident Administrasiyasının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsi müdirinin müavini Hüseyn Mövsümov bildirib.
Hüseyn Mövsümov qeyd edib ki, zərərçəkənlərin və dövlət qurumlarının iştirakı ilə komissiya yaradılacaqdır:
“Cənab Prezidentin tapşırığı nədən ibarətdir – “burada hər şey ədalətlə olmalıdır”. Bunun üçün sizin və dövlət qurumlarının iştirakı ilə komissiya yaradılacaq. Komissiya baxış keçirməli, hesablama aparılmalıdır. Dəymiş ziyan hər bir şəxs tərəfindən müəyyənləşdirilməlidir. Amma burada sui-istifadə hallarına yol vermək olmaz. Siz hamınız əhmətkeş insanlarsınız. Kimin nə qədər malı yandığını obyektiv şəkildə bildirsin. Dünən mən də Facebook-da baxdım, biri deyir mənim “1 milyonluq”, biri deyir “500 minlik” malım var idi. Gərək hamı halal olsun, halallıqla olsun, dədə-baba qaydaları ilə olsun. Aldatmaq cəhdi yolverilməzdir. Səbrli olun. Dövlət sizin yanınızdadır”.
TƏK ŞƏXSİYYƏT VƏSİQƏNİZİ TƏQDİM EDİN, 15 DƏQİQƏYƏ KREDİT ALIN
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
- 19 saat əvvəl
-
- 19 saat əvvəl
-
21 saat əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz


























