Bank “BTB”nin ödəniş kartlarının istifadəçilərinə müjdə
(®) Fevralın 1-dən Azerbaycan Respublikası Mərkəzi bankı tərəfindən elan olunmuş “Kartla ödə, kartla qazan” adlı stimullaşdırıcı lotereya davam etməkdədir. Fevral ayını əhatə edən tirajın nəticələrinə əsasən Bank BTB-nin də kart sahibləri ilk uduş qazanmış şanslı istifadəçilər sırasına daxil oldular.
Qeyd edək ki, “Kartla ödə, kartla qazan” adlı stimullaşdırıcı lotereyanın şərtlərinə əsasən Azərbaycan bankları tərəfindən emissiya edilmiş ödəniş kartları ilə POS-terminallar vasitəsilə minimum 5 manat məbləğində nağdsız əməliyyat aparan hər bir kart istifadəçisi avtomatik olaraq lotereyada iştirak hüququ əldə edir. Hər bir əməliyyat kart istifadəçisinə 1 şans verir.
Lotereyanın uduş məbləği isə 50 manat təşkil edir. Son mərhələdə qalib olan şəxs uduş barədə SMS vasitəsilə məlumatlandırılaraq ona məxsus olan kart hesabına dərhal uduş məbləği daxil olunur.
Nəzərə çatdıraq ki, lotereyada korporativ və eyniləşdirilməmiş kartlar istisna olmaqla, bütün növ ödəniş kartları, o cümlədən pensiya, əmək haqqı, təqaüd və tələbə kartları iştirak edə bilir.
Bank “BTB” ASC –nin təqdim etdiyi bütün məhsul və xidmətlər, xidmət nöqtələri, ATM-lərin yerləşməsi və digər ətraflı məlumat üçün bankın (012) 946 nömrəli Məlumat Mərkəzinə zəng edə, www.btb.az saytına və ya Facebook səhifəsinə (www.facebook.com/bankbtb) daxil ola bilərsiniz.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
- 23 saat əvvəl
-
- 23 saat əvvəl
-
1 gün əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz

























